Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-61/2024 23.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs, İnzibati xəta əməlindən Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1970-ci il tarixdə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadıqları Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən marketdə Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Elnurun kənd ərazisində özünə məxsus marketi vardır. O, mütəmadi olaraq həmin marketdən alver edir. Bəzən maddi imkanı olmadıqda Elnurdan borca ərzaq alıb daha sonra pulunu qaytarır. Onun bir neçə ildir Elnura təxminən 150 manat borcu vardır və maddi imkanı olmadığı üçün Elnurun borcunu tam olaraq qaytara bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, özünə məxsus 100 manatı xırdalaması üçün Elnurun marketinə getmiş və Elnurdan 100 manatı xırdalamasını xahiş etmişdir. Elnur pulu xırdaladıqdan sonra qeyri-etik formada ondan borcu qaytarmasını bildirmişdir. O, Elnurun bu hərəkətindən əsəbiləşdiyi üçün Elnura öz iradını bildirmişdir. Bu zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Elnur onu əsəbiləşdirdiyi üçün o, Elnurun onun ünvanına nəlayiq ifadər işlətmişdir. Daha sonra Elnura yaxınlaşaraq sifət nahiyəsinə bir dəfə şillə ilə vurmuşdur. Bundan sonra oradan çıxıb getmişdir. Baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı isə orada başqa heç kəs olmamışdır. Həmçinin bildirdi ki, hal-hazırda Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxs onun həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Onun kənd ərazisində özünə məxsus marketi vardır. Həmin marketi o, özü işlədir. İftixar mütəmadi olaraq onun marketindən al-ver edir. İftixar 2011-ci ildə onun mağazasından bir neçə dəfə borca alver etmişdir. İftixarın ona ümumilikdə təxminən 500 manata qədər borcu olmuşdur. Lakin İftixar ona olan borcunu müxtəlif bəhanələrlə qaytarmamışdır. Həmin vaxtdan sonra 2012-ci ildə onun atası rəhmətə getmişdir. Atasının qəbrini İftixar qazmışdır. O, İftixara qəbri qazmasına görə pul verməmiş, İftixarın ona olan borcundan 100 manat pul çıxmışdır. Bundan sonra İftixar bir neçə il bundan əvvəl onu öz övladının toyuna çağırmışdır. O, həmin toya getsə də toya pul yazdırmamış, İftixarın ona olan borcundan 50 manat çıxdığını bildirmişdir. Bundan sonra İftixarın ona ümumilikdə 273 manat borcu qalmışdır. Bundan başqa İftixarın ailə üzvləri də ondan müxtəlif vaxtlarda borca alver etmişdirlər. O, bir neçə dəfə həmin şəxslərə borcu qaytarmalarını bildirsə də onlar borclarını qaytarmamışdırlar. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində o, marketdə olan zaman İftixar marketə girərək ona 100 manat pul verib pulu xırdalamasını bildirmişdir. O, İftixarın pulunu xırdaladıqdan sonra İftixara ona olan borcundan qaytarmasını bildirmişdir. Həmin vaxt İftixar sərxoş vəziyyətdə olduğundan onun sözündən əsəbiləşərək ona borcunun qalmadığını bildimişdir. Həmçinin İftixarın oğlunun toyuna gedərək pul yazdırmamağı ona irad bildirmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İftixar onun ünvanına nalayiq ifadələr işlətmiş və anidən onun sol sifət nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Bundan sonra isə mağazadan çıxıb getmişdir. Həmin vaxt orada başqa heç kim olmamışdır. Baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Bildirdi ki, hadisədən sonra Şəxs ondan üzr istəmiş, O, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadıqları Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən marketdə Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək Zərərçəkmiş şəxs döymüşdür. İşdə olan 18 dekabr 2023-cü il tarixli 921/23 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş Zərərçəkmiş şəxs adına vermiş olduğu 18 dekabr 2023-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol almacıq nahiyəsində qançır müəyyən olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis polis baş leytenantı X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-61/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-61/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver