Məhkəmə qərarları › İş №3(020)-62/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-62/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-62/2024 23.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,orta təhsilli, subay, bir uşaq atası, işsiz, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan X5 barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1785/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X4 xx.xx.2013-cü ildə anadan olmuş İbrahimon saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyirinə verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında X3na icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq X3 ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X10 izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1785/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan xx.xx.2013-cü ildə anadan olmuş İbrahimon saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyirinə verilməlidir. İcra sənədi üzrə alimenti hər ay vaxtında ödəmiş, lakin son aylarda işdən çıxdığına görə maddi imkanı olmadığından icra sənədi üzrə alimenti ödəyə bilməmiş, nəticədə 1000 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və hüququ və vəzifələri izah olunaraq ondan icra sənədi üzrə olan aliment borcunun ödənilməsi tələb olunmuşdur. O, aliment borcunu ödəməkdən boyun qaçırmır, hər ay vaxtında alimenti ödəyir, imkanı olmadığına görə son aylar alimenti ödəyə bilməmişdir. Hazırda aliment borcunu tam olaraq ödəmişdir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu tam ödəməsini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1785/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X4 xx.xx.2013-cü ildə anadan olmuş İbrahimon saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyirinə verilməlidir. X3 icra sənədi üzrə olan alimenti hər ay ödəmiş, lakin son aylarda ödəməmiş və nəticədə icra sənədi üzrə 1000 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında X3na icra məmurunun bildirişi göndərilmişdir. X1 rayon İcra və probasiya şöbəsinə gəlmiş, icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. İcra şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1785/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, X4 xx.xx.2013-cü ildə anadan olmuş İbrahimon saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyirinə verilməlidir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X3 1000 manat pulu tələbkar X2 plastik kart hesabına ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 izahatlarını dinləyib, hesab edir ki, X3 tələbkara olan aliment borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, X10 borcunu ödəməkdən boyun qaçırmamış, hər ay aliment ödəmiş, yığılan 1000 manat aliment borcunu hazırda tam olaraq tələbkara ödəmiş, bunu sübut edən qəbzi də məhkəməyə təqdim etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, X3 icra sənədi üzrə yaranmış 1000 manat aliment borcunu tam olaraq tələbkara ödəmiş və bunu sübut edən qəbzi məhkəməyə təqdim etmişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi, yəni aliment ödəməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən X5 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar