Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-621/2024 07.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Beyləqan rayonun, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonun, Təzəkənd kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində xidməti vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Beyləqan şəhər ərazisində avtopatrulla YPX-nin polis əməkdaşları xidmətdə olduqları zaman Beyləqan şəhər ərazisində hərəkətdə olan “Vaz 21723” markalı avtomobilin sürücüsünə avtomobili qeydiyyat nişanları olmadan idarə etdiyi üçün saxla işarəsi verilmiş, lakin avtomobilin sürücüsü YPX əməkdaşlarının saxla işarəsinə məhəl qoymamış və avtomobili bir neçə küçə məsafəsində idarə etdikdən sonra Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlamışdır. Bu zaman polis əməkdaşları avtomobili duracağa aparmaq istəsələr də, sürücü mane olmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra hadisə yerinə RPŞ-nin PPXBnün əməkdaşları dəvət olunmuş və sürücü Beyləqan RPŞ-nə gətirilmişdir. PŞ-də həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Şəxs və hadisə yerində olan YPX əməkdaşlarının izahatlarını almış və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə atasına məxsus olan “Vaz 21723” markalı, **-KS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qeydiyyat nişanlarını taxmadan Beyləqan şəhəri, Magistral küçəsində hərəkətdə olan zaman ərazidə xidmətdə olan YPX əməkdaşları ona saxla əmri vermiş, lakin həmin yerdə avtomobillərin hərəkəti sıx olduğundan avtomobili həmin yerdə deyil, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun nəqliyyat vasitəsini duracağa aparmaq istəsələr də, o, həmin nəqliyyat vasitəsinin duracağa aparılmasına etiraz etmiş və nəqliyyat vasitəsinin aparılmasına mane olmağa çalışmışdır. O, əməlindən peşmandır və qardaşı İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Beyləqan şəhər magistral küçəsində YPX-nin inspektoru polis baş serjantı Elşən Quliyevlə xidmətdə olarkən “Vaz 21723” markalı, **-KJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dövlət qeydiyyat nişanları olmadığına görə sürücüyə tərəflərindən saxla işarəsi verilmişdir. Sürücü onların qanuni tələblərinə məhəl qoymamış və avtomobili bir neçə küçə məsafəsində idarə edərək Beyləqan şəhər, M.Ə.Rəsulzadə küçəsində saxlamışdır. Onlar sürücüyə yaxınlaşan zaman sonrada şəxsiyyəti onlara məlum olan sürücü Şəxs ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt onlar Şəxs avtomobilin duracağa təmin olunmasını bildirmişlər və Şəxs nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələbinə tabe olmamış və avtomobomilin duracağa aparılmasına mane olmuşdur. Bundan sonra radio rabitə vasitəsi ilə hadisə yerinə PPXB-nün əməkdaşları çağırılmış və Şəxs Beyləqan RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis kiçik serjantı X1 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X1 ilə eyni məzmunda ifadə verərək Mətləb Paşazadənin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi şahid ifadələri və inzibati xəta haqqında protokolla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Məhkəkə, inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-621/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-621/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver