Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-623/2024 07.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Beyləqan rayonu yuxarı Aran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocavənd rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu yuxarı Aran kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonu Yuxarı Aran kəndində qaynı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Qeyd olunanlara əsasən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis polkovnik-leytenantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır, aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs bacısı X8 onun arvadıdır. O, X8 ilə 2016-ci il tarixdə evlənərək həmin ildən rəsmi nikahdadırlar. Həmin nikahdan 2 övladları vardır. X1 ilə münasibətləri yaxşı olsada 2024-cü ilin əvvələrində onun başqa qadınla münasibəti olmasını Məmmədova Püstə bildikdən sonra aralarında soyuqluq yaranmışdır. Bu səbəbdən də X8 2024-cü ilin aprel ayında anası X5 evinə getmişdir. X6 arvadı X8 ilə görüşməyə və barışmağa imkan vermədiyi üçün 2024-cü ilin aprel ayının sonlarında Məmmədova Püstəni və övladlarını Bakı şəhərinə öz razılığı ilə apararaq 2024-cü ilin 23 iyul tarixinədək Bakı şəhərində yaşamışlar. 2024-cü ilin 23 iyul tarixində o, Beyləqan rayon Yuxarı Aran qəsəbəsində yaşayan atası Boran Məmmədov xətələndiyi üçün atasına baş çəkməyə gələrkən, Püstə Məmmədovanın qadaşı, Zərərçəkmiş şəxs Bakı şəhərinə gedərək Püstə Məmmədovanı öz evlərinə gətirmişdir. Həmin vaxtdan sonra Püstə Məmmədova anası Ədibə Yqubovanın evində yaşamışdır. Lakin qayınanası Ədibə Yaqubova onu arvadı Püstə Məmmədova ilə görüşməsinə imkan vermədiyindən və Püstə Məmmədovanı ondan boşanmağa məcbur etdiyi üçün ailəsini qorumaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Püstə Məmmədovanın yaşadığı anasının evinə gedərək onunla söbət etmiş boşanmamaları və evliliklərinin qorumaq üçün bir müddət Bakı şəhərinə getməyi ona təklif etmişdir. İlk öncə Püstə Məmmədova anası Ədibə Yaqubovadan ehtiyat etdiyini, anasının narazı olmasını bildirsədə sonradan onunla getməyə razılaşmışdır. Bu səbəbdən o, X8 ilə yaşadığı evin həyətinə gələrək, X17dan onları avtomobili ilə yaşadıqları qəsəbənin kənarına aparmasını xahiş etmişdir. X10rı qəsəbənin kənarında keçən magistral yolun kənarın aparmış, həmin yerdən həmkəndliləri taksi fəaliyyəti ilə məşğul olan X3 avtomobili ilə Bakı şəhərində yaşayan dayısı X7 evinə aparmışdır. Məmmədova Püstə ilə özlərinə kirayə ev bəyəndikdən sonra övladlarını və ev ləvazimatlarını Beyləqan rayonundan gətirməyi qərarlaşdırmışlar. Bu səbəbdəndə xx.xx.2024-cü il tarixdə o, dayısı Cavid Hüseynovdan onunla Beyləqan rayonuna yaşadığı evə gedərək övladlarını və ev əşyalarını gətirməyə getməkdə ona kömək etməsini xahiş etmişdir. Sonra dayısı Cavid Hüseynovun dostununun avtomobili ilə yaşadığı Beyləqan rayon Yuxarı Aran qəsəbəsinə gəlmişlər. Onlar Beyləqan rayon Yuxarı Aran qəsəbəsində yaşayan atası Məmmədov Boranın evinə çatanda xx.xx.2024-ci il gecə saat 01 radələri olmuşdur. O, iki övladını götürüb ev əşyalarını dayısı Cavid Hüseynovun avtomobilinə yığaraq çıxan zaman evin həyətinin çöl tərəfində X11nin və qaynı Zərərçəkmiş şəxs dayandıqlarını görərək avtomobil tərk edərək onların yanına gəlmişdir. O, Yaqubova Ədibədən və Zərərçəkmiş şəxs nə istədiklərini soruşanda Yaqubova Ədibə ondan qızı Məmmədova Püstənin harada olmasını soruşmuşdur. O, arvadı Məmmədova Püstənin öz razılığı ilə Bakı şəhərinə onunla getdiyini və Bakı şəhərində birlikdə yaşayacaqlarını bildirmişdir. Həmin vaxt qaynı Zərərçəkmiş şəxs əlində olan bıçaqla onu hədələmiş və sonra bıçaqla anası Məmmədova Adiləyə doğru getmək istəyəndə o, əli ilə Zərərçəkmiş şəxs əlinə vuraraq bıçağı yerə saldıqdan sonra Siracın sol gözünün üzərinə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra orada olan dayısı Hüseynov Cavid onları sakitləşdirmiş və bununlada münaqişə başa çatmışdır. O, X4 məcbur, iradəsinə zidd və iradəsindən kənar Bakı şəhərinə armamışdır. Püstə Məmmədova onunla Bakı şəhərinə öz razılığı ilə getmiş hətta birlikdə kirayə qalmaq üçün evdə bəyənmişlər. Anasının və qardaşının təsiri altında arvadı Püstə Məmmədova hazırda anasının evindədir, azyaşlı uşaqları isə onun yanında yaşayırlar. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Beyləqan rayon, Yuxarı Aran qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. Şəxs X18nın əridir. Onunla aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. X18 2024-cü ilin aprel ayından anası Ədibə Yaqubovaya məxsus Beyləqan rayon Yuxarı Araq qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Buna səbəb Püstə Məmmədova əri Şəxsla aralarında olan qısqanclıq zəmnindəki mübahisədən sonra boşanmaq həddinə çatmaqları olmuşdur. X21 boşanmaq üçün Beyləqan Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, işdə olduğundan X18 evdə tək qalmışdır. Həmin gün saat 18 radələrində anası Ədibə Yqaubova ona zəng edərək Püstə Məmmədovanın evdə olmadığını və əri Şəxs tərəfindən Bakı şəhərinə aparılmasını bildirmişdir. O, X18nın harada olmasını maraqlanan zaman kürəkəni X12 tərəfindən Bakı şəhərinə aparıldığını müəyyən etmişdir. Bundan sonra anası Ədibə Yaqubova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində o, evinin həyətində səs eşidərək mal-qaraya baş çəkmək üçün həyətə çıxmışdır. Həmin vaxt yeznəsi Şəxs evlərinin həyətində olduğunu görərək bacısının yerini soruşmaq üçün onun yaşadığı evin qarşısına anası Ədibə Yaqubova ilə getmişdir. Bir neçə dəqiqə keçəndən sonra Məmmədov Boranın evinin həyətinin darvazası açılaraq həyətdən tanımadığı şəxs idarə etdiyi avtomobil ilə çıxan zaman onlar həmin avtomobilin önünü kəsərək Şəxs, bacısı Məmmədova Püstənin yerini soruşmuşlar. Həmin vaxt avtomobil dayanmış və Şəxs avtomobildən düşərək onların yanına gəlmişdir. O, Rəhim Məmədovdan X18nın harada olmasını soruşanda Şəxs ona bacısı Püstənin Bakı şəhərində olduğunu bildirmişdir. Bundan sonra o, Rəhim Məmədova getməsinə imkan verməyəcəyini bildirmişdir. Bu səbəbdəndə Şəxsla aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Şəxs onun sol gözünün üzərindən bir dəfə yumruqla vuraraq onu döymüşür. Bundan snora o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Həmin mübahisə zamanı onun əlində bıçaq olmamışdır. Şəxsla barışmamışdır. Şəxs şikayətçidir. Şəxs qanuni cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işi başlanması rədd edilmiş, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 22 avqust 2024-cü il tarixli, 614/2024 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs təpə-ənsə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sol qaş nahiyəsində əzilmiş yara, sol gözaltı-almacıq nahiyəsində isə qançır olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Beyləqan rayon İHB Yuxarı Aran qəsəbə ərazi icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 455 nömrəli arayışından görünür ki, ailə münaqişəsi zəmində Şəxs arvadı atası evinə getmiş, azyaşlı uşaqları hazırda Şəxs himayəsindədir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN seriyalı, ******* nömrəli inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonu Yuxarı Aran kəndində qaynı Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi vardır və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs himayəsində iki azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-623/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-623/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver