Məhkəmə qərarları › İş №3(020)-628/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-628/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-628/2024 11.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu, Tatalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 4-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan şəhəri ərazisində yerləşən “Şah” kafesində uca səslə səs-küy salaraq ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan şəhəri ərazisində yerləşən “Şah” kafesində dostları ilə yeyib-içən zaman uca səslə deyibgülərkən səs-küy salmış və bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək sakitliyə riayət etmələri barədə onları xəbərdar etmişlər. Lakin həmin vaxt o, polis əməkdaşlarına məhəl qoymamış və uca səslə deyib gülməyə davam etmişdir. Daha sonra polis əməkdaşları onu rayon PŞ-nə gətirmişlər. Belində qrijası var, ayaq üstə dayana bilmir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində cərimə ilə bağlı olan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində polis serjantları X1 və X5 ilə xidmətdə olarkən Beyləqan şəhəri ərazisində yerləşən “Şah kafesində bir nəfər şəxsin səs-küy saldığını görüb həmin şəxsə yaxınlaşmışlar. Yaxınlaşdıqdan sonra həmin şəxsə özlərini təqdim edərək həmin şəxsə səs-küy salmasını irad bildirərək onu sakit olmağa dəvət etmişlər. Lakin həmin şəxs onlara məhəl qoymamış və öz hərəkətlərinə davam edərək yenidən uc səslə səs-küy salmağa başlamışdır. Ona görə də həmin şəxsi rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Polis şöbəsində araşdırma aparılarkən həmin şəxsin rayon sakini Şəxs olduğu aşkar olunmuşdur. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı X3 ilə eyni məzmunda ifadə verərək Vasif Qasımovun ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Beyləqan şəhəri ərazisində yerləşən “Şah” kafesində uca səslə səs-küy salaraq ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə Beyləqan rayon PŞ-nə gətirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsi və əməlindən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən haldır. Araşdırma zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar