Məhkəmə qərarları › İş №3(020)-630/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-630/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-630/2024 14.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida X1-X8 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida X1-Muğan regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida X1-Muğan regional bölməsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 04 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Səmədov X6 rayonu, Dünyamalılar kəndində yerləşən "Süd Qəbulu” məntəqəsində Azərbaycan Respublikasının Qida X1-X8 vəzifəli şəxsləri tərəfindən 02 oktyabr və 04 oktyabr 2024-cü il tarixlərdə plandankənar yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida X1-X8 nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2024-cü il tarixli KY242178023 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida X1-X8 rəisinin xx.xx.2024-cü il tarixli MMRB-YPK-095 nömrəli "Yoxlamanın aparılması haqqında” Qərarına əsasən ünvan 1ində yerləşən vəzifəli şəxs Şəxs məxsus süd toplama məntəqəsində 02-04 oktyabr (3 iş günü) 2024-cü il tarixlərdə plandankənar yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. 04 oktyabr 2024-cü il tarixdə yoxlamanın həyata keçirilməsi məqsədilə qeyd olunan ünvana baxış keçirilmiş, lakin əməkdaşlar Şəxs tərəfindən müəssisəyə buraxılmamışlar. Göstərilən səbəbdən Şəxs məxsus süd qəbulu məntəqəsində yoxlama aparmaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsini əsas götürərək istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alıb, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsilə inzibati tənbeh edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida X1-X8 nümayəndəsi Nümayəndə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs məxsus süd qəbulu məntəqəsində yoxlama aparılmasına zərurət vətəndaş X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə “1003” çağrı mərkəzi vasitəsi ilə etmiş olduğu müraciət əsasında yaranmışdır. Belə ki, həmin vətəndaş agentliyə müraciətində bildirmişdir ki, ünvan 1ində yerləşən İsa adlı şəxsə məxsus pendir sexində antisanitar vəziyyətdən və qanunsuz fəaliyyət göstərməsindən şikayətçidir. Həmin müraciət əsasında ünvan 1ində yerləşən vəzifəli şəxs Şəxs məxsus süd qəbulu məntəqəsində 02-04 oktyabr 2024-cü il tarixlərə plandankənar yoxlama həyata keçirilməsi qərara alınmış, lakin qeyd edildiyi kimi Şəxs yoxlayıcıları süd qəbulu məntəqəsində buraxmamış, yoxlamanın aparılmasına maneçilik törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs izahatında bildirmişdir ki, O, süd qəbulu işi ilə məşğul deyildir, özünə məxsus heyvanlardan sağılan südü həyətində olan 300 litirlik çənə yığaraq orada saxlayır. Onun heç kimlə problemi olmamışdır. Həqiqətəndə 04 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Qida X1-X8 yoxlayıcıları ünvan 1i ünvanında yaşadığı evin həyətinə yoxlama üçün gəlmişlər, həmin əməkdaşlara danışıqlar apararaq onlara süd qəbulu işi ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə yoxlayıcıların aqressiv davranışıda onu qane etməmişdir. Bu amil də yoxlayıcıların həyətinə buraxmamasına təsir etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən vəzifəli şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X3 Qida zəncirinə nəzarət şöbəsinin xidməti məktubundan görünür ki, vətəndaş X2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə müraciət edərək bildirmişdir ki, Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən vəzifəli şəxs Şəxs məxsus süd qəbulu məntəqəsində antisanitar vəziyyətdən və qanunsuz fəaliyyət göstərməsindən şikayətçidir. Azərbaycan Respublikasının Qida X1-X8 plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli MMRB-YPK-095 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən ünvan 1ində yerləşən vəzifəli şəxs Şəxs məxsus süd qəbulu məntəqəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə vəzifəli şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatların) daxil olması əsası ilə, xx.xx.2024-cü ill tarixdə Bölmənin sektoru müdirləri X7 və X4 tərəfindən plandankənar yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan (KY242178023 saylı) görünür ki, Azərbaycan Respublikasının Qida X1-Muğan regional bölməsi tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli MMRB-YPK-095 saylı Qərar əsasında ünvan 1ində yerləşən vəzifəli şəxs Şəxs məxsus süd qəbulu məntəqəsində aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının Qida X1-X8 aparıcı məsləhətçiləri X5, X11 və sektor müdiri Nümayəndə tərəfindən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli, MMRB-YPK-095 nömrəli Aktdan görünür ki, Azərbaycan Respublikasının Qida X1-X8 plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli MMRB-YPK-095 saylı Qərarına əsasən ünvan 1ində yerləşən vəzifəli şəxs Şəxs məxsus süd qəbulu məntəqəsində yoxlama aparılmasına vəzifəli şəxs Şəxs şərait yaratmamışdır və yoxlamanın keçirilməsinə etiraz etmişdir. Azərbaycan Respublikasının Qida X1-X8 aparıcı məsləhətçisi X5, sektor müdiri Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MMRB-YPK-095 nömrəli Aktdan görünür ki, Azərbaycan Respublikasının Qida X1-X8 plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli MMRB-YPK-095 saylı Qərarına əsasən ünvan 1ində yerləşən süd qəbulu məntəqəsində yoxlama aparılmasına vəzifəli şəxs Şəxs icazə verməyəcəyini bildirmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs 30 yanvar 2017-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Qida X1-X8 plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli MMRB-YPK- 095 saylı Qərarı əsasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən ünvan 1ində yerləşən süd qəbulu məntəqəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə vəzifəli şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması əsası ilə 02-04 oktyabr 2024-cü il tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmış, həmin yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmiş, aparılacaq yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Bundan sonra 02 və 04 oktyabr 2024-cü il tarixlərdə sözügedən süd qəbulu məntəqəsində olmuş Azərbaycan Respublikasının Qida X1-X8 əməkdaşlarına plandankənar yoxlamanın keçirilməsinə vəzifəli şəxs Şəxs tərəfindən maneçilik törədilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-ci bəndinə görə plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 16.1-ci maddəsinə görə bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və vəzifəli şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. 16.4-cü bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. 16.7-ci bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1 -ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Göründüyü kimi qanunverici insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və vəzifəli şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində belə məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılmasını nəzərdə tutsa da, ünvan 1ində yerləşən süd qəbulu mənətəqəsini işlədən vəzifəli şəxs Şəxs yoxlama aparılmasına maneçilik törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 544.1-ci maddəsinə görə İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, vəzifəli şəxsin şəxsiyyətini xarakterizə edən halları, habelə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 544.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati tənbeh olaraq cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsində şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar