Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-639/2024 15.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu, Şərq qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla, Beyləqan şəhəri, 2 saylı yataqxanada yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:40 radələrində Beyləqan şəhəri magistral küçəsində YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, Beyləqan şəhəri, magistral küçəsində piyada anası X1 ilə birlikdə sivetaforun qırmızı işığında keçən YPX onların hərəkətinə mane olmuş və bu zaman o, YPX avtomobilinin sürücüsünə “hara sürürsən” deyə səsləndim. Polis əməkdaşıda cavabında anasına “az keç” deyərək müraciət etdiyinə görə o, polis əməkdaşına “az evindəkilərdir” deyə cavab qaytarmışdır. Bu zaman YPX əməkdaşları ilə aralarında mübahisə yaranmış və YPX əməkdaları oraya PPXB-nin əməkdaşlarını çağıraraq onu Beyləqan rayon PŞ-nin inzibati binasına aparaq növbətçi hissəyə təhvil vermişlər. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X4 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:35 radələrində Beyləqan şəhəri Magistral küçəsində YPX inspektoru polis baş serjantı Orxan Hüseynovla “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə svetaforun qadağanedici işığında dayanarkən sonradan şəxsiyyəti məlum olan Şəxs onlara yaxınlaşaraq ünvanlarına nalayiq ifadələr işlədərək qadağanedici işıqda dayanmaqlarını irad tutmuşdur. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə tabe olmamış nalayiq ifadələr işlətməyə davam etmişdir. Tabesizlik göstərdiyindən həmin yerə PPXB-nin əməkdaşlarını çağırmış və Şəxs PŞ-nə aparaq NHyə təhvil vermişlər. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X2 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X4 ilə eyni məzmunda ifadə verərək Vüqar Quliyevin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:35 radələrində Beyləqan şəhəri Magistral küçəsində YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə Beyləqan rayon PŞ-nə gətirilmişdir. Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 119:35 radələrində PPXB-nün polis nəfəri polis serjantı Vüsal Həsənli ilə birlikdə Beyləqan şəhəri Magistral küçəsində 6371 çağırışlı avto patrulla xidmətdə olarkən “Mərkəzi” aptekin önündə bir nəfər şəxsin 6309-çağırışlı YPX-nin əməkdaşları ilə mübahisə etdiyini görüb yaxınlaşan zaman həmin şəxs onlara qarşı tabesizlik göstərdiyinə görə Beyləqan rayon PŞ-nə gətirilmişdir. Beyləqan rayon Pş-də həmin şəxsin Beyləqan rayonu, Şərq qəsəbəs sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Araşdırma zamanı Səxavət Nuriyevin əməlində onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-639/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-639/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver