Məhkəmə qərarları › İş №3(020)-64/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-64/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-64/2024 24.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində doğulmuş, ailəli, dörd uşaq atası, orta təhsilli, məhkum olunmamış,işsiz, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan, hazırda Beyləqan şəhəri, Avtobaza adlanan ərazidə yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-474/2021 saylı, 04 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs borca görə 1100 manat və 30 manat dövlət rüsumu alınaraq X2 verilməsi qət edilmişdir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-1636/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4854.15 manat borc və ödənilmiş 68.54 manat dövlət rüsumu alınıb X1 verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 31 may 2023-cü il tarixli, 3(020)-540/2023 saylı qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-474/2021 saylı, 04 avqust 2021-ci il tarixli icra sənədinə əsasən ondan borca görə 1100 manat və 30 manat dövlət rüsumu alınaraq X2 verilməsi qət edilmişdir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-1636/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 4854.15 manat borc və ödənilmiş 68.54 manat dövlət rüsumu alınıb X1 verilməlidir. Maddi imkanı olmadığından icra sənədləri üzrə üzrə borcundan ödəniş edə bilməmişdir. İcra məmuru tərəfindən onun ünvanına çağırış məktubu getmiş, həmin məktubu aldıqdan sonra İcra və probasiya şöbəsinə getmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədləri üzrə borcunun ödənilməsi tələb olunmuşdur. İcra şöbəsində izahatında da bildirmişdir ki, ailənin yeganə gəlir gətirənidir. Himayəsində 7 nəfərlik ailə üzvü vardır. Qazancını ailəsinin dolanışığına sərf edir. Ona görə də icra sənədləri üzrə borclarını ödəyə bilmir. Hazırda icra sənədləri üzrə borcundan heç nbir ödəniş etməyə maddi imkanı çatmır. Gələcəkdə maddi imkanı olarsa borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-474/2021 saylı, 04 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs borca görə 1100 manat və 30 manat dövlət rüsumu alınaraq X2 verilməsi qət edilmişdir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)- 1636/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4854.15 manat borc və ödənilmiş 68.54 manat dövlət rüsumu alınıb X1 verilməlidir. Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. Şəxs icra sənədləri üzrə borcunu ödəmədiyindən barəsində 31 may 2023-cü il tarixdə protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədləri üzrə borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş və izahat verərək maddi imkanı olmadığını bildirərək borcunu ödəməyəcəyini bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-474/2021 saylı, 04 avqust 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs borca görə 1100 manat və 30 manat dövlət rüsumu alınaraq X2 verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1636/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 4854.15 manat borc və ödənilmiş 68.54 manat dövlət rüsumu alınıb X1 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 31 may 2023-cü il tarixli, 3(020)-540/2023 saylı qərarından görünür ki, Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etmədiyinə görə 1 ay müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin 31 may 2023-cü il tarixli, 3(020)-540/2023 saylı qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 1 (bir) ay 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 yanvar 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar