Məhkəmə qərarları › İş №3(020)-680/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-680/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-680/2025 03.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 02 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 02 oktyabr 2025-ci il tarixdə, saat 18:30 radələrində ictimai yerdə ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, söyüşlər söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş X9 tərtib etdiyi 02 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, 02 oktyabr 2025-ci il tarixdə saat 18:30 radələrində polis əməkdaşları onlara məxsus “Ram Store” adlı mağazaya yaxınlaşıb özlərini təqdim etdikdən sonra mağazanın qarşısında məişət tullantılarının zibil qabından kənara atıldığı üçün protokol tərtib olunacağını bildirmişlər. Bu zaman atası Maarif Nərmanov içkili olduğu üçün küçədə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o özü də əsəbləşərək küçədə ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin yerə digər polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları onları nizam intizama dəvət etsələr də o, polisin qanuni tələbinə məhəl qoymamış və polisin ünvanına nalayiq ifadələr işlətmisdir. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə gətirmişlər. İş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Beylaqan rayon Polis şöbəsinin İTBnin polis sahə nəfəri, polis baş serjanti X14 izahatında bildirmişdir ki, o, 02 oktyabr 2025-ci il tarixdə saat 18:30 radələrində xidmət yoldaşı Beyləqan RPŞ-nin İTB- nin polis sahə rəisi polis baş leytenantı Sənan Bəbirov və İTB-nin polis sahə rəisi polis kapitanı Pərviz Tarverdiyevlə birlikdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsində xidmətdə olarkən “Ram Store” mağazasının yanında məişət tullantılarının zibilqabından kənara atıldığını görüb ora yaxınlaşmış, mağazanin sahibi X5 dəvət edib, ona özlərini təqdim edib, törətdiyi hüquq pozuntusu ilə bağlı iradlarını bildirərək barəsində qanunvericilklə müəyyən edilmiş qaydada tədbir görəcəylərini, yəni AR-nin İXM-in 266.3-cü maddəsinə əsasən protokol tərtib edəcəylərini izah etmişlər. Lakin, X8 “cəriməni özünüz ödəyəcəksiniz, sizin etdiyiniz cinayətdir” deyərək, küçədə, ictimai yerdə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra onun oğlu Şəxs yaxınlaşaraq, eyni qaydada küçədə ünvansız nalayiq ifadələrdən və təhqirlərdən istifadə etməyə başlamışdır. Bu zaman PPXB-nin tağım komandiri, polis kapitanı Acay Turabov, PPXB-nin polis nəfəri, polis baş serjantı Nəriman Əliyev həmin yerə yaxinlasmışlar. Hər iki vətəndaşı nizam-intizama dəvət etsələr də onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polisin ünvanına nalayiq ifadələr işlədərək intizamsız hərəkətlərinə davam etmişlər. Bundan sonra həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Beyləqan RPŞ-nin İTB- nin polis sahə rəisi polis baş leytenantı Sənan Bəbirov və İTB-nin polis sahə rəisi polis kapitanı Pərviz X1 ilə eyni məzmunlu izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Beyləqan rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjanti X11 izahatında bildirmişdir ki, o, 02 oktyabr 2025ci il tarixdə saat 18:30 radələrində xidmət yoldaşı Beyləqan RPŞ-nin PPXB-nin tağım komandiri, polis kapitanı Acay Turabovla birlikdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsində xidmətdə olarkən polis sahə rəisi, polis baş leytenanti Sənan Bəbirov ona zəng edərək “Ram Store“ mağazasının qarşısına çağırmışdır. Onlar birlikdə həmin yerə getmişlər. Həmin vaxt X3 ictimai yerdə uca səslə nalayiq ifadələr işlətdiyini görmüş, onu nizamintizama dəvət edən zaman adı sonradan onlara məlum olan Şəxs eyni qaydada ünvansız söyüşlərdən və təhqirlərdən istifadə etməyə başlamışdır. Bundan sonra hər iki şəxsi təkrar olaraq nizam-intizama dəvət etsələrdə həmin şəxslər polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polisin ünvanına nalayiq ifadələr işlətmislər. Həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişlər. İş materiallarına əlavə edilmiş şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin PPXBnin tağım komandiri, polis kapitanı Acay X2 ilə eyni məzmunlu izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Sənan Bəbirov tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış 02 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, həmin gün saat 18:30 radələrində o və xidmət yoldaşları Rahil Bayramov və Pərviz Tarverdiyevlə birlikdə Beyləqan şəhəri, Sevil Qaziyeva küçəsində xidmətdə olarkən “Ram Store” mağazasının qarşısında məişət tullantılarının səkiyə atılmasını aşkar etmiş və bu tullantılara görə mağaza sahibi X7 inzibati qaydada cərimə tənbeh tədbirinin tətbiq olunacağı barədə xəbərdarlıq edərkən o və oğlu Ramil Nərimanzadə tərəfindən ictimai qayda pozulmuş və onlar polisin qanuni tələblərinə riayət etməmişlər. Belə olduqda onlar həmin şəxsləri nizam-intizama dəvət etmək istəsələr də, buna nail ola bilmədiklərinə görə onları rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş hadisə yerinin videoçəkilişini əks etdirən diskə baxışdan görünür ki, həqiqətən də Şəxs ictimai yerdə ünvansız və daha sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onların qanuni tələblərini icra etməmişdir. “İnzibati qaydada tutma haqqında” 02 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3 - inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Maddə 4 - bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Maddə 6.1 - inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Maddə 9.1 - inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Maddə 12 - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Maddə 21 - inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 76.1 - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1 - inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 31.2 - fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 32.1.1 - R.M.Nərimanzadənin törətdiyi inzibati xətaya görə əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Maddə 33 - R.M.Nərimanzadənin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Maddə 31.4-1 - inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, R.M.Nərimanzadə Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 02 oktyabr 2025-ci il tarix saat 19:00-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun həbsetməsinin əvvəli 02 oktyabr 2025-ci il tarix saat 19:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə olunsun Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar