Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-681/2023 25.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Beyləqan rayonu, Qarqadağlı kəndində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayon, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1522/2021 saylı, 18 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs ilə Zərərçəkmiş şəxs birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Bakı-Şamaxı yolunun 15-ci km, At yalı”Nübasar” yaşayış massivində yerləşən fərd yaşayış evinin dəyəri olan 17000 manatdan ikidə bir pay 8500 manat müəyən edilməklə cavabdeh Şəxs ikidə bir pay 8500 (səkkiz min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1522/2021 saylı, 18 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən onun və Zərərçəkmiş şəxs birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Bakı-Şamaxı yolunun 15-ci km, At yalı”Nübasar” yaşayış massivində yerləşən fərd yaşayış evinin dəyəri olan 17000 manatdan ikidə bir pay 8500 manat müəyən edilməklə ondan ikidə bir pay 8500 (səkkiz min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı zəif olduğundan icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün dolanışığına sərf edir. Hazırda icra sənədi üzrə borcunu tam olaraq ödəyə bilmir. Ona vaxt verilərsə icra sənədləri üzrə borcunu gələcəkdə hissə-hissə hər ay100 manat olmaqla ödəyəcəkdir.Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1522/2021 saylı, 18 noyabr 2021ci il tarixli icra sənədinə əsasən Şəxs ilə Zərərçəkmiş şəxs birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Bakı-Şamaxı yolunun 15-ci km, At yalı”Nübasar” yaşayış massivində yerləşən fərd yaşayış evinin dəyəri olan 17000 manatdan ikidə bir pay 8500 manat müəyən edilməklə cavabdeh Şəxs ikidə bir pay 8500 (səkkiz min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi icraatına daxil olduqdan sonra«İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gələrək ona vaxt verilməsini xahiş etmiş, icra məmuru tərəfindən onun izahatı alınaraq borcunu ödəməsi üçün vaxt verilmişdir. Vaxt verildikdən sonra icra sənədi üzrə borcunu ödəmədiyinə görə barəsində inzibati protokol tərtib etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1522/2021 saylı, 18 noyabr 2021-ci tarixli icra sənədinə əsasən Şəxs ilə Zərərçəkmiş şəxs birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Bakı-Şamaxı yolunun 15-ci km, At yalı”Nübasar” yaşayış massivində yerləşən fərd yaşayış evinin dəyəri olan 17000 manatdan ikidə bir pay 8500 manat müəyən edilməklə cavabdeh Şəxs ikidə bir pay 8500 (səkkiz min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borcunu üzürsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir.Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İşə əlavə edilmiş sənədlədən görünür ki, iş üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata basşamaq hasqqında qərasra qəbul edilmiş, təırəflərin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İşdə olan sənədlərdən görünür ki, borclunun məcburi gətrilməsinə dair Beyləqan icra və probasiya şöbəsi tərəfindən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsini, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə aşağı həddə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 iyul 2023-cü il tarixdən, saat 13:08-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-681/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-681/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver