Məhkəmə qərarları › İş №3(020)-683/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-683/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-683/2025 27.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbəh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbəh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus, **-SP-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET CRUZE” markalı avtomobili nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat 22:31 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində geri dönmə manevri edərkən qarşıdan gələn minik avtomobili yüksək sürətlə qarşısından keçmişdir. Həmin vaxt ona bir gün sonra sms bildiriş gəldi ki sürət həddini aşdığı üçün cərimə olunmuşdur. Onun idarə etdiyi maşının həmin vaxt surəti 10-15 km/saat olmuşdur. Video görüntüdən də görünür ki, həmin vaxt onun qarşısından keçən maşının sürəti səhvən onun idarə etdiyi maşının surəti hesab olunaraq cərimə yazılmışıdr. Video görüntüdən də görünür ki, onun maşını “CHEVROLET CRUZE” markalı avtomobildir və arxadan çəkilmişdir. O, bununla bağlı Beyləqan RPŞ-nin DYP bölməsinə şifahi müraciət etmiş və ona onu məhkəmə qaydadsında şikayət verərək silinməsini məsləhət görmüşdülər. Ona görə də barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında xx.xx.2025-ci il tarixli qərarlı razı deyil və qərar əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixində saat 22:31:08-də “Chevrolet Cruze” minik markalı **-SP-*** dövlıt qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən X3 tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 25 km saat həddində aşdığına görə İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 50 manat inzibati cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi **-SP-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET CRUZE” markalı” minik avtomobili idarə edən X3 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 22:31 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində baş vermişdir. X3 tərəfindən **-SP-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET CRUZE” markalı” minik avtomobili yolda müəyyən edilmiş hərəkət sürətini 75 km/saat sürətlə olması inzibati xətanın görüntüsünü əks etdirən video görüntü ilə də təsdiq olunmuşdur. İXM-in 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar