Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-694/2025 07.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi Səfərоv Səbuhi Əlifаğа oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, tələbkar X3, barəsində inzibati icraat qaydasında iş aparılan şəxsin müdafiəçisi Quliyev Vəkil Yelmar oğlu, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Beyləqan rаyоnu, Mayak qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rаyоnu, Mayak qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bеyləqаn rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Bеyləqаn RİPŞ) daxil olmuş 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Bеyləqаn Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(020)-144/2025 saylı icra sənədinə əsasən Şəxs 6500 manat pul və ödənilmiş dövlət rüsumuna görə 85 manat alınıb X1 verilməlidir. İcra sənədi üzrə 20 may 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir, lakin, o, heç bir ödəniş etməmiş və izahat verərək icra sənədi üzrə borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X3 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(020)-144/2025 saylı icra sənədinə əsasən Şəxs 6500 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 85 manat alınıb ona verilməlidir. Lakin, Şəxs ona olan borcundan ödəniş etməmişdir. Ona görə də, borcunun tam ödənilməsini, ödənilmədiyi halda həbs olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş materiallarına əlavə edilmiş izahatından görünür ki, o, qeyd etmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(020)-144/2025 saylı icra sənədinə əsasən ondan 6500 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 85 manat alınıb X1 verilməlidir. O, Xuraman Sultanovadan 6500 manat borc pul almamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(020)-144/2025 saylı icra sənədinə əsasən Şəxs 6500 manat pul və ödənilmiş dövlət rüsumuna görə 85 manat alınıb X1 verilməlidir. 18 mart 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(020)-144/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(020)- 144/2025saylı icra sənədi üzrə yaranmış 6585 manat borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(020)-144/2025 saylı qətnaməsindən Şəxs apellyasiya şikayəti vermişdir. Yaranmış borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(020)-144/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Borclu Şəxs icra sənədi üzrə olan borcundan ödəniş etməməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-694/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-694/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver