Məhkəmə qərarları › İş №3(020)-7/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-7/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-7/2024 08.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs: Şəxs, Zərəçəkmiş şəxs: X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ali təhsilli, deməsinə görə məhkum olunmamış, ailəli, işsiz, Beyləqan şəhəri, H.Hacıyev küçəsi ev 126-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 23 dekabr 2023-cü il tarixdə, saat 14:40 radələrində Daşburun-Y.Q.K yolunun 1-ci kilometrliyində narkotik vasitə olan marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz E320” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq qarşısına qəfl avtomobil çıxması nəticəsində X1 idarə etdiyi “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi zamanı “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı, avtomobilə 1100 (bir min bir yüz) manat məbləğində zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, “Mercedes Benz E320” minik markalı avtomobili vardır. 23 dekabr 2023-cü il tarixdə, saat 14:40 radələrində özünə məxsus “Mercedes Benz E320” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonu, Şahsevən kəndindən Beyləqan rayonu ərazisi istiqamətində hərəkətdə olarkən Daşburun- Y.Q.K yolunun 1-ci kilometrliyində, yəni Beyləqan rayonu Daşburun adlanan ərazidə qarşısına qəfl “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil çıxmış və “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Avtomobili idarə edən zaman avtomobilin surəti 40-50 km/saat olmuş, avtomobil onun qarşısına çıxan zaman ara məafələri 3-4 metr olduğundan qəzadan yayına bilməmişdir. Hadisə zamanı xəsarət alan olmamış və hadisədən sonra “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün X2 olduğunu bilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Tağı Məmmədlinin idarə etdiyi avtomobilə dəymiş 1100 (bir min bir yüz) manat maddi zərəri ödəməmiş, T.Məmmədlinin idarə etdiyi avtomobilə dəymiş zərər onun avtomobilinin sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Yol-nəqliyyat hadisəsindən sonra Beyləqan rayon PŞ-nin YPXB-nin əməkdaşları tərəfindən Beyləqan rayon mərkəzi xəstəxanasına aparılaraq sərxoşluq muayinəsi keçirmək üçün sidik analizi götürülmüş, muayinə zamanı onun avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Hadisədən 2 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə narkotik vasitə olan marixuana istifadə etmişdir. Ona görə də muayinə zamanı onun avtomobili idarəkən narkotik vasitə maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi həkim rəyində göstərilmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta əməlindən zərəçəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, 23 dekabr 2023-cü il tarixdə, saat 14:40 radələrində etibarnamə əsasında idarə etdiyi atasına məxsus “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Daşburun-Y.Q.K yolunun 1-ci kilometrliyinin Beyləqan rayonu Daşburun adlanan ərazisində hərəkətdə olan zaman yolun sağ kənarından yola çıxıb sarı xətti keçən zaman həmin yolda hərəkətdə olan “Mercedes Benz E320” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun avtomobili ilə toqquşmuşdur. Bundan sonra etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil zərbənin gücündən bir neçə metr sürüşüb yolun kənarında dayanmışdır. Yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamış, lakin idarə etdiyi “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1100 (bir min bir yüz) manat məbləğində maddi zərər dəymişdir. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. İdarə etdiyi avtomobilə dəymiş zərər “Mercedes Benz E320” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən ödənilməmişdir. İşdə olan “Sərxan” avtomotoservis və ticarəti firmasının 25 dekabr 2023-cü il tarixli, 133 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 2000 (iki min) manat olaraq qiymətləndirilmişdir. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən İstehlak və srəxoşluqm hallarının bütün Növlərini təyin edən tibbi muayinəsi barədə xx.xx.2023-cü il tarixli, 821 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı narkotik vasitə olan marixuana qəbul edərək avtomobil idarə etmişdir. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən İstehlak və srəxoşluqm hallarının bütün Növlərini təyin edən tibbi muayinəsi barədə xx.xx.2023-cü il tarixli, 819 nömrəli protokoldan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Şəxs 23 dekabr 2023-cü il tarixdə, saat 14:40 radələrində Daşburun-Y.Q.K yolunun 1-ci kilometrliyində narkotik vasitə olan marixuananın istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz E320” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman qarşısına qəfl avtomobil çıxması nəticəsində X1 idarə etdiyi “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz 230” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı, avtomobilə 1100 (bi min bir yüz) manat məbləğində zərər yetirməsi onun özünün izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hazırki hadisəni narkotik vasitə olan marixuanaın təsiri altında törətməsini, nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 08 yanvar 2024-cü il saat 11:50-dən hesablansın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar