Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-702/2023 16.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə xx.xx.2000-ci ildə anadan olan, Beyləqan rayon Qaralılar kəndində qeydiyyatda olan, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Beyləqan rayon məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokol ətrafında toplanmış materiallar daxil olmuşdur. Daxil olmuş materialdan görünür ki, Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, EQ 13525330 saylı protokol tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi vardır. Lakin məkhəmə Şəxs qeyd edilən inzibati xəta üzrə yaranmış 80 manat cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyini nəzərə alaraq hesab edir ki, o İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmaqla iş üzrə icratına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəməyə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən 80 manat məbləğində cərimə Daxili İşlər Nazirliyinin hesabına ödənmişdir. Qeyd olunanları, Şəxs inzibati cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərarı qəbul edilənədək tam həcmdə ödəməsini nəzərə alaraq onun barəsində inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad olunmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-702/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-702/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver