Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-704/2024 29.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Beyləqan rayonu 2-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli,”X11ndə” işləyən, Beyləqan rayonu 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində Beyləqan rayonu Mil qəsəbəsi ərazisində ağac əkini zamanı ünvansız nalayiq ifadələr işlətməklə, xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində Beyləqan rayonu Mil qəsəbəsi ərazisində ağacəkmə aksiyası zamanı uca səslə ünvansız nalayiq ifadələr işlətməklə tədbirin gedişiatına maneçilik törədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həyat yoldaşı işdən çıxarıldığı üçün icra başçısına müraciət etmək istəmiş və bu zaman aralarında anlaşılmazlıq olmuşdur. Hərəkətlərindən peşmandır. Valideynlərinin xəstə olması nəzərə alınaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Beyləqan rayon İHB-nin birinci muavini X3 ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində Beyləqan rayon İHB-nın və digər dövlət orqanlarının rəhbərlərinin iştirakları ilə Beyləqan-Daşburun yolunda ağacəkmə aksiyası zamanı ağac əkib qurtardıqdan sonra Beyləqan rayon 2-ci Şahsevən kənd sakini Şəxs oraya yaxınlaşaraq ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. O, Şəxs nizam-intizama dəvət etmiş, lakin həmin şəxs öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon İHB-nın ərazi idarəetmə şöbəsinin müdiri X6 şahid qismində ifadə vermiş Beyləqan rayon İHB-nin birinci muavini X3 ilə eyni məzmunda ifadə verərək Telman Məstanovun ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon İcra Hakimiyyəti başçısı X8 rayon PŞ-nə ünvanladığı 28 oktyabr 2024-cü il tarixli, 5-37/2-715/2024 saylı xidməti məktubdan görünür ki, Beyləqan rayonunun Yeni Mil qəsəbəsi inzibati dairəsində “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ağacəkmə aksiyası zamanı rayonun 2-ci Şahsevən kənd sakini “X11”nin işçisi Şəxs özünü etik davranış qaydalarından kənar aparmış, heç bir səbəb olmadan nalayiq ifadələr işlətmiş, xoşagəlməz hərəkətlərə yol verərək aksiyanın işinə maneçilik törətmişdir. Ona görə də Şəxs oğlunun barəsində tədbir görülməsini xahiş etmişdir. 28 oktyabr 2024-cü il tarixli Aktdan görünür ki, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini “X11”nin işçisi Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi inzibati dairəsində “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ağacəkmə aksiyası zamanı özünü etik davranış qaydalarından kənar aparmış, heç bir səbəb olmadan nalayiq ifadələr işlətmiş, xoşagəlməz hərəkətlərə yol verərək aksiyanın işinə maneçilik törətməsinə səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, hinayəsində azyaşlı uşağının və xəstə valideyinlərinin olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-704/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-704/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver