Məhkəmə qərarları › İş №3(020)-707/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-707/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-707/2024 06.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyirinə qət olunmuş hər ay 170 manat sabit pul məbləğində alimenti tam ödəməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs hər ay 170 manat sabit pul məbləğində aliment alınıb verilməsi qət edilmişdir. Özü fərdi əməklə məşğul olur, qazancı uşağın saxlanılması üçün kifayət etmir. Çünki qazancından özünə xərcləyir, az miqdarda aliment ödəyir. Onun hazırda icra sənədi üzrə 450 manat aliment borcu yaranmışdır. Bu ay cəmi 70 manat aliment ödəmişdir. Qalan aliment borclarını hissəhissə ödəməyə söz verir. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyirinə verilməsi qət olunmuşdur. Borclu Şəxs icra sənədi üzrə hər ay az miqdarda aliment ödəmiş, onun icra sənədi üzrə 450 manat alimenti borcu yaranmışdır. Yaranmış aliment borcunu ödəməsi üçün qanuni icra tədbirləri görülməsinə baxmayaraq bugünədək icra sənədi üzrə alimenti tam şəkildə ödəməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Elməddin Qəfərov icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Həmçinin ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə hər ay alimenti ödədikdə borcundan da hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Tələbkar isə bu cür ödəniş üsulu ilə razılaşmır, aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 28 may 2018-ci ildə anadan olan Tunarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyirinə verilməsi qət olunmuşdur. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1795/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan bildirişlərdən görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borclu Şəxs aliment pullarını tam şəkildə ödəməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 06 noyabr 2024-cü il tarixdən, saat 16:45-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar