Məhkəmə qərarları › İş №3(020)-710/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-710/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-710/2024 14.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ailəli, Beyləqan şəhəri, X5 küçəsi, ev 94 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 70000 ABŞ dolları məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 409 manat və hüquqi yardım haqqının əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 ödənilməlidir. xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və könüllü icra barədə bildiriş göndərilmiş, lakin Şəxs hazırkı günə kimi heç bir ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. Axtarış qərarından sonra Şəxs özü könüllü olaraq icra şöbəsinə gəlmiş və icra sənədi üzrə tələbi təmin etmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, borclu ilk dəfə olaraq xx.xx.2024-cü il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsində olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraatında olmasından xəbəri olmamış və ilk dəfə bu gün icra məmurunun yanında olmuşdur. Eyni zamanda o qeydiyyatda olduğu ünvanda yaşamadığına görə, icra məmuru tərəfindən göndərilmiş könüllü icra barədə bildirişi almamışdır. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 70000 ABŞ dolları məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 409 manat və hüquqi yardım haqqının əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və tələbin könüllü icra barədə bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və könüllü icra barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə, barəsində axtarış elan edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs qalan borcu üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında məhkəmə icra işininin Beyləqan rayon İcra və probasiya şöbəsinin icraatında olduğundan xəbərsiz olduğunu, ona tələbin könüllü icrası ilə bağlı bildiriş verilmədiyini, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Həmçinin iş materiallarında olan tələbin könüllü icrası ilə bağlı bildirişin Şəxs göndərilməsi ilə bağlı sənəd aşkar edilməmiş və icra məmuru tərəfindən məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirilmişdir ki, borclu ilk dəfə olaraq xx.xx.2024cü il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsində olmuşdur. Qeyd edilənlər isə Şəxs icra sənədinin icrasından boyun qaçırmadığını sübut edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar