Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-711/2024 15.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 163-də yaşayan, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X3 xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Beyləqan şəhəri ərazisində uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD-də elektrik köməkçisi vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə, saat 00:00 radələrində ona zəng etmişlər ki, şəhər ərazisində işıqlar yanmır. O, da buna görə rayonun işıqlarına baxmağa çıxmışdır. Həmin vaxt bir nəfər şəxs idarə etdiyi mülki “BMV” markalı avtomobil onun üstünə sürmüşdür. O, bundan qorxaraq idarə etdiyi “Khazar” markalı avtomobili dərhal yaşadığı evin qarşısına sürmüşdür. Yaşadığı evin qapısına çatıb avtomobili qapıda saxlayan zaman polis əməkdaşları onun arxasıyca gəlmiş və nə üçün onlardan qaçdığını ondan soruşmuşlar. O, polis əməkdaşlarına onlardan qaçmadığını bildirən zaman Rəşad adlı polis əməkdaşı onu döyərək avtomobilini polis şöbəsində aparmaq istəyərkən o, avtomobilinin açarını yaşadıqları evin həyətinə atmışdır. Bundan sonra polislər PPXB-nin əməkdaşlarını hadisə yerinə çağıraraq onu polis şöbəsinə aparmışlar. Həmin vaxt polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X4 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Beyləqan şəhəri magistral küçəsində YPX inspektoru polis baş serjantı Orxan Hüseynovla xidmətdə olarkən “Khazar” markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəfindən saxla işarəsi verilmişdir. Lakin sürücü onların qanuni saxla işarəsinə məhəl qoymamış və yüksək sürətlə sürərək tabe olmadan Beyləqan şəhər, M.Ə.Rəsulzadə küçəsində evinin önündə qəfl saxlayıb qaçmaq istəyən zaman ona mane olmuşlar. Yoxlama zamanı avtomobilin sürücüsü olan S.Nuriyevin etibarnamə olmadan və sürücülük hüququn məhdudlaşdırılması vəziyyətində avtomobil idarə etdiyi müəyyən edildiyindən S.Nuriyevə avtomobilin PŞ-nin mühafizə olunan duracağına yerləşdiriləcəyini bildirərkən S.Nuriyev ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. S.Nuriyevi dəfələrlə niazm-intizama dəvət etsələrdə S.Nuriyev onların qanuni tələbinə tabe olmamağa davam etmişdir. Həmçinin avtomobili Pş-nə aparmağa maneçilik törətmiş, bu məqsədlə avtomobilin açarını həyətlərinin darvazasından içəri atmışdır. S.Nuriyev onların qanuni tələbinə tabe olmadığına görə hadisə rayon PŞ-nin PPXB-nin əməkdaşlarını çağırmışlar. Bundan snonra PPXB-nin əməkdaşları gəlmiş, onlar S.Nuriyevi rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişlər Məhkəmə iclasında şahid Beyləqan rayon PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X6 şahid qismində ifadə vermiş Beyləqan rayon PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X4 ilə eyni məzmunda ifadə verərək Davud Abbaszadənin ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin YPX-nin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Beyləqan şəhəri ərazisində ictimayi qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə Beyləqan rayon PŞ-nə gətirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi şahid ifadələri, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. S.Nuriyevin hadisəni törətməməsi barədə verdiyi izahatı özünü müdafiə xaraketeri daşıyır. Onun bu hərəkətləri məhkəmədə tam sübuta yetirilmişdir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, S.Nuriyevin təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, X2 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Araşdırma zamanı Səxavət Nuriyevin əməlində onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında X1 əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən X1 şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-711/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-711/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver