Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-716/2024 25.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Lənkaran rayon məhkəməsinin 2(049)-3274/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimenti X1 tam ödəməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Lənkaran rayon məhkəməsinin 2(049)-3274/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə hər ay az miqdarda aliment ödəmiş, onun icra sənədi üzrə 2780 manat alimenti borcu yaranmışdır. Yaranmış aliment borcunu ödəməsi üçün qanuni icra tədbirləri görülməsinə baxmayaraq bugünədək icra sənədi üzrə alimenti tam şəkildə ödəməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. O, icra məmurunun çağrışına gəlmədiyinə görə barəsində axtarış verilmiş, axtarış nəticəsində polis tərəfindən saxlanılaraq Beyləqan rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Şəxs aliment ödəməyə söz verdiyindən izahatı alınaraq ona yenidən aliment ödəməklə bağlı vaxt verilmişdir. Lakin O, yenidən aliment ödəmədiyinə görə icra və probasiya şöbəsinə dəvət edilmişdir. Hazırda Şəxs şöbədə verdiyi izahatında icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Həmçinin ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə hər ay alimenti ödədikdə borcundan da hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Tələbkar isə bu cür ödəniş üsulu ilə razılaşmır, aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. Şəxs hazırda 2780 manat aliment borcu vardır. Ona görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək bildirdi ki, Lənkaran rayon məhkəməsinin 2(049)- 3274/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ondan xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsi qət edilmişdir. Gündəlik fərdi işlərlər məşğul olmaqla qazanc əldə edir. Özü fərdi əməklə məşğul olur, qazancı uşağın saxlanılması üçün kifayət etmir. Bir müddət tələbkarla Lənkaran rayonunda yaşamış və uşağa baxmışdır. Hazırda isə 200 manat aliment borcundan ödəmişdir. Çünki qazancı aliment borclarını tam şəkildə ödəməyə yetərli olmamışdır. Onun hazırda icra sənədi üzrə 2780 manat aliment borcu yaranmışdır. Qalan aliment borclarını hissə-hissə ödəməyə söz verir. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Lənkaran rayon məhkəməsinin 2(049)-3274/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ondan xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkaran rayon məhkəməsinin 2(049)-3274/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan bildirişlərdən görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borclu Şəxs aliment pullarını tam şəkildə ödəməmişdir. xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli, Xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədinin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 noyabr 2024-cü il tarixdən, saat 17:15-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-716/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-716/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver