Məhkəmə qərarları › İş №3(020)-717/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-717/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-717/2024 27.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, müəllim işləyən, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olmaqla hazırda Beyləqan rayonu ərazisində yerləşən 500 ailəlik Xocavənd qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində radələrində sürücülük hüququ olmaqla idarə etdiyi, özünə məxsus “Mercedes benz” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, Ə.Vahid küçəsi ilə Beyləqan şəhəri S.Qaziyeva küçəsi istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfindən sol tərəfinə piyada keçən Zərərçəkmiş şəxs Fəird qızını görməyərək, sol tərəfdən vurmuş, nəticədə Zərərçəkmiş şəxs diz oynağının ön çarpaz bağlamalarının gərilməsi ilə müşayət olunan yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən 25 sentyabr 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Bundan sonra Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin YNH üzrə inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir Ki, Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsinin araşdırmasından sonra icraatına daxil olmuş iş materiallarına əsasən onu deyə bilər ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində radələrində sürücülük hüququ olmaqla idarə etdiyi, özünə məxsus “Mercedes benz” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, Ə.Vahid küçəsi ilə Beyləqan şəhəri S.Qaziyeva küçəsi istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfindən sol tərəfinə piyada keçən Zərərçəkmiş şəxs Fəird qızını görməyərək, sol tərəfdən vurmuş, nəticədə Zərərçəkmiş şəxs diz oynağının ön çarpaz bağlamalarının gərilməsi ilə müşayət olunan yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla bağlı aparılan araşdırmalardan sonra Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən 25 sentyabr 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində radələrində sürücülük hüququ olmaqla idarə etdiyi, özünə məxsus “Mercedes benz” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, Ə.Vahid küçəsi ilə Beyləqan şəhəri S.Qaziyeva küçəsi istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfindən dayanmış maşının qarşısından qəfl çıxaraq sol tərəfinə piyada keçən Zərərçəkmiş şəxs Fəird qızını görməyərək, sol tərəfdən Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcli bədən xəsarəti almışdır. Hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Hadisədən sonra dərhal Zərərçəkmiş şəxs xəstəxanaya çatdırmışdır. Hadisə ehtiyatsızdan baş vermişdir. Hadisənin qarşısını almaq üçün əyləcə bassada Zərərçəkmiş şəxs onun qarşısına 2-3 metr məsafdə olduğundan hadisənin qarşısını ala bilməmişdir. Hərəkətlərinən peşmandır. Göstərilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Zərərçəkmiş şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərəçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisə ilə bağlı araşdırma aparılmış, aparılmış araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətləri olduğundan Şəxs barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası SN-nin MTE və PA X7 şəxs Beyləqan rayon şöbəsinin rəisi ekspert X3 tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 19 sentyabr 2024-cü il tarixli, 656/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs sol diz oynağının ön çarpaz bağlarının gərilməsi aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamğlığa yüngül zərər vurmaya aiddir. 10 sentyabr 2024-cü il tarixli 624 №-li İnsan psixikasına təsir edən istehlak və səxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolundan görünür ki, 10 sentyabr 2024-cü il tarixdə, saat 09:15-də müayinədən keçirilərkən Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar