Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-721/2024 17.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, müvəqqəti olaraq Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 1, 2524-cü məhəllədə yerləşən "xxxx" stomotoloji kabinetində diş texniki kimi fəaliyyət göstərmişdir. Stomotoloji kabinet həkimə məxsus olmuşdur. O, həkimin sifarişi ilə götürdüyü ölçüyə uyğun olaraq diş protezlərini düzəldib həkimə təqdim edir. Heç bir stomotoloji fəaliyyət göstərmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X6 və Uçotun Təşkili Baş İdarəsinin əməkdaşları tərəfindən xəlvəti şəkildə öyrədilmiş bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq dişinin ağrımasını bildirmiş və ona ilkin tibbi köməklik göstərməsini ondan xahiş etmişdir. Həmin vaxt stomotoloq işiylə bağlı kabinetdə olmadığından o, həmin şəxsə müvəqqəti olaraq insaniyyətlik naminə stomotoloq gələnə kimi ilkin tibbi yardım göstərmək istəyən zaman içəriyə yuxarıda adını çəkdiyi Vergi İdarəsinin əməkdaşları daxil olaraq barəsində heç bir əsas olmadan inzibati protokol tərtib etmişlər və onu həmin inzibati protokolla tanış etmədən çıxıb getmişlər. Bir müddət sonra onun qeydiyyat ünvanına fərqli tarixlərdə qəbul edilmiş inzibati xəta haqqında qərarlar gəlməyə başlamışdır. Belə ki, ilk öncə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hüquq şöbəsinin müdiri Elçin Qədirovun imzasıyla təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 3-28/2- Q-19-5955/2024 saylı müşayiət məktubu ilə Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun xx.xx.2024-cü il tarixli, MN № ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarı gəlmişdir. Halbuki, o, xx.xx.2024-cü il tarixdə saat 10:00-a təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X11 Baş direktor müavini Fəxri Məhərrəmovun imzasıyla təsdiq edilmiş bildirişə əsasən yoxlama materiallarına baxılması üçün həmin Mərkəzə dəvət edilmişdir. 26 iyul 2024-cü il tarixdə barəsində qərar qəbul edilməli olduğu halda necə ola bilər ki, 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 onu Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilərək xx.xx.2024-cü il tarixli, MN № ******* seriyalı inzibati xəta haqqında protokol əsasında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edərək vəzifəli şəxs kimi 5000 (beş min) manat cərimə tətbiq edilmişdir. Halbu ki, xx.xx.2024-cü il tarixdə vergi əməkdaşları akt tərtib edərkən o, stomotoloji fəaliyyətlə məşğul olmadığını bildirmiş, akta imza etməkdən imtina etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X8 dəvət edib protokol tərtib edərkən onun izahatı alınmamış, heç bir araşdırma aparılmamış, sadəcə protokola imza etdirilmişdir. İnzibati tənbehvermə haqqında qərardan vaxtında məlumatı olmamış, həmin tarixdə dəvət edilməmiş, onun mövqeyi aydınlaşdırılmamışdır. Beləliklə inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) qanunla müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, onun barəsində inzibati xəta haqqında qərar qəbul edərək, onun hüquqlarını pozmuşdur. Əməlində inzibati xəta mövcud deyildir. Bütün bu göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbəh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta əməli olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə göndərərək işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 PHŞ X7 mütəxəssisi X5 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli keçəsi, ev 1, 2524-cü məhəllədə fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus stomotoloji kabinetdə X4 tərəfindən lisenziya olmadan stomatoloji özəl tibbi praktiki fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X6 və Uçotun Təşkili Baş İdarəsinin 14 iyun 2024-cü il tarixli DVX 000823 №li Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə X6nin nəticələri haqqında Aktdan görünür ki, X1 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli keçəsi, ev 1, 2524-cü məhəllədə fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus stomotoloji kabinetdə lisenziya olmadan stomatoloji özəl tibbi praktiki fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Həmin akt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X6 və Uçotun Təşkili Baş İdarəsinin əməkdaşları tərəfindən imzalanmış, lakin X1 izahatı alınmamış, onun stomotoloji kabinetdə lisenziya olmadan stomatoloji özəl tibbi praktiki fəaliyyəti ilə məşğul olub-olmaması aydınlaşdırılmamış, həmin klinikada stomotoloji kabinetin başqa həkimə məxsus olması barədə Tural Quliyevin fikirlərinə qiymət verilməmişdir. Göründüyü kimi, X1 lisenziya olmadan stomatoloji özəl tibbi praktiki fəaliyyəti ilə məşğul olması faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 PHŞ tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Eksperiza Mərkəzi PHŞ vəzifəli şəxs kimi X1 İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə nəticəyə gəlsə də, inzibati tənbehvermə haqqında bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. X1 İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X6 və Uçotun Təşkili Baş İdarəsinin 14 iyun 2024-cü il tarixli DVX 000823 №li Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə X6nin nəticələri haqqında Akta əsaslanmış olsa da, həmin akt yalnız inzibati orqanın əməkdaşları tərəfindən imzalanmış və eyni zamanda hansı hallara əsasən şəxsin stomatoloji fəaliyyətlə məşğul olmasının müəyyən edilməsi həmin aktda tam təsvir edilməmiş, Tural Quliyevin akta imza etməməsi səbəbi barədə qeydlər aparılmamışdır. Beləliklər məhkəmədə müəyyən edildi ki, Tural Quliyevin barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlar və vəzifələri izah edilməmiş, inzibati xəta ilə bağlı izahatı alınmamış, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək üçün ona şərait yaradılmamışdır. İnzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə bildiriş T.Quliyevə vaxtında çatdırılmamış, işin baxılması zamanı iştirakı təmin edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Göründüyü kimi inzibati xəta haqqında işə baxılması zamanı yuxarıda göstərildiyi kimi qanun tələblərinə əməl edlməmiş, inzibati tənbeh vermə haqqında qərar qanunun tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-721/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-721/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver