Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-722/2024 28.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, Koroğlu küçəsi ev 38-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(020)-2121/2023 nömrəli qətnaməsinə əsasən çıxarılmış icra sənədinə görə Şəxs xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən645 manat ödənilməmiş hissə, 64 manat cərimə borcu olmaqla cəmi 709 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə verilməlidir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)- 2121/2023 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq Şəxs icra sənədi üzrə borcundan hazırdaək heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə borcunu üzürsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)-2121/2023 nömrəli qətnaməsinə əsasən çıxarılmış icra sənədinə görə ondan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən645 manat ödənilməmiş hissə, 64 manat cərimə borcu olmaqla cəmi 709 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə verilməlidir. Onun icra sənədi üzrə borcu olmasından xəbəri olmuş, lakin maddi imkanı olmadığından və işsiz olduğundan borcunu hazıradək ödəyə bilməmişdir. İcra məmuru tərəfindən ona borcunu ödəməsi barədə xəbərdarlıq göndərildikdən sonra və ivcra şöbəsinə çağırıldıqdan sonra şöbəyə gəlmiş və şöbədə ondan borcunu tam olaraq tələb edildiyindən borcunu tam olaraq ödəmək imkanı olmadığını bildirmişdir. Borcundan bu gün, yəni xx.xx.2024-cü il tarixdə 400 manat tələbkar təşkilatın hesabına ödəmişdir. Hal-hazırda onun qalan borcunu tam ödəməyə maddi imkanı yoxdur. Avtomobil yuma məntəqəsində maşın yumaqla qazanc əldə edir, əldə etdiyi qazancı özünün və ailəsinin dolanışacağına ancaq kifayət edir. O, heç vaxt borcunu ödəməkdən qəsdən yayınmamışdır. O, qalan borcunu hissə-hissə ödəyəcəkdır. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)-2121/2023 nömrəli qətnaməsinə əsasən çıxarılmış icra sənədinə görə Şəxs xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 645 manat ödənilməmiş hissə, 64 manat cərimə borcu olmaqla cəmi 709 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)-2121/2023 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Muradov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)-2121/2023 nömrəli icra sənədi üzrə borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzin surətindən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə 400 manat ödənişi "xxxx" MMC tərəfindən ona açılmış müştəri kodu hesabına ödəmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(020)-2121/2023 nömrəli icra sənədi üzrə Şəxs borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(020)-2121/2023 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs borcunu etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə 400 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, xx.xx.2024-cü il tarixdə “mpay” ödəmə terminalı vasitəsi ilə 400 manat məbləğində ödəniş etmişdir. Borclu Şəxs icra sənədi üzrə olan borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-722/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-722/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver