Məhkəmə qərarları › İş №3(020)-724/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-724/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-724/2024 29.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Xocavənd Rayon Polis Şöbəsinin etibarnamə üzrə nümayəndəsi Xocavənd RPŞ-nin DYPB-nin YPX inspektoru X5 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan şəhəri. SMD-4 qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X12 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes benz” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsi ərazisində hərəkətdə olarkən sola dönmə əməliyyatı edən zaman Xocavənd rayon Polis Şöbəsinin DYPB-nə məxsus olan X5 idarə etdiyi “KİA” markalı, **- YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Xocavənd rayon Polis Şöbəsinə məxsus avtomobilin əzilməsi nəticəsində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis kapitanı X4 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes benz” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsi ərazisində hərəkətdə olarkən sola dönmə əməliyyatı edən zaman Xocavənd Rayon Polis Şöbəsinin DYPB-nə məxsus olan X5 idarə etdiyi “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Xocavənd Rayon Polis Şöbəsinin DYPB-nə məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisədən xəbərdar olduqdan sonra yolnəqliyyat hadisəsinin baş verdiyi yerə gedərək yol-nəqliyyat hadisəsinin sxemini çəkmiş və araşdırma zamanı “Mercedes benz” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sola dönmə əməliyyatı zamanı “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu aşkar olunmuşdur. Araşdırma zamanı Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı məlum olmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi etdiyi “Mercedes benz” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsi ərazisində hərəkətdə olarkən sola dönmə əməliyyatı edən zaman Xocavənd Rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru X5 idarə etdiyi “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı xəsarət almamışdır. Xocavənd Rayon Polis Şöbəsinin DYPB-nə məxsus avtomobilə dəymiş maddi ziyanı ödəmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Xocavənd Rayon Polis Şöbəsinin etibarnamə üzrə nümayəndəsi Xocavənd RPŞ-nin DYPB-nin YPX inspektoru X8 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində Xocavənd Rayon Polis Şöbəsinə məxsus “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı YPX xidməti avtomobillə “azpetrol” yanacaqdoldurma məntəqəsindən benzin doldurmağa gedən zaman Beyləqan şəhəri, S.Qaziyeva küçəsi ərazisində hərəkətdə olarkən zaman “Mercedes benz” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dönmə əməliyyatı edən zaman qəf onun yoluna çıxmış və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Xocavənd Rayon Polis Şöbəsinin DYPB-nə məxsus YPX xidməti avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Avtomobilə dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilmişdir. Şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocavənd Rayon Polis Şöbəsinin rəisi tərəfindən təqsdi olunmuş 2024-cü ilin noyabr ayına aid yol vərəqsindən görünür ki, Xocavənd Rayon PŞ-nə məxsus olan “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı YPX xidməti avtomobil Xocavənd Rayon Polis Şöbəsinin etibarnamə üzrə nümayəndəsi Xocavənd RPŞ-nin DYPB-nin YPX inspektoru X7 təhkim olunmuşdur. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Nəsirov X3 şəhəri, S.Qaziyeva küçəsi ərazisində “Mercedes benz” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sola dönmə əməliyyatı edən zaman Xocavənd rayon Polis Şöbəsinin DYPB-nə məxsus olan X5 idarə etdiyi “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi haqqında 27 noyabr 2024-cü il tarixli, 150 nömrəli ziyan aktından görünür ki, Xocavənd Rayon PŞ-nə məxsus olan “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı YPX xidməti avtomobilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1420 (bir min dörd yüz iyirmi) manat maddi ziyan dəymişdir. 26 noyabr 2024-cü il tarixli 957 №-li İnsan psixikasına təsir edən istehlak və səxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolundan görünür ki, 26 noyabr 2024-cü il tarixdı saat 16:30-da müayinədən keçirilərkən Şəxs sərxoşluq müəyyən edilməmişdir. 26 noyabr 2024-cü il tarixli 1007 №-li İnsan psixikasına təsir edən istehlak və səxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolundan görünür ki, 26 noyabr 2024-cü il tarixdı saat 16:35-də müayinədən keçirilərkən X1 müəyyən edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1- ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. ci maddəsinə əsasən məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar