Məhkəmə qərarları › İş №3(020)-728/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-728/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-728/2024 04.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqında protokolu tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, M.Əzizbəyov küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Elşən Quliyev icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-1025/2023 saylı qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borclu Elşən Quliyevə bildiriş göndərilmişdir. X5 icra sənədi üzrə alimenti ödəməmişdir. İcra sənədi üzrə alimenti ödəmədiyindən xx.xx.2023-cü il tarixdə Elşən Quliyevin barəsində protokol tərtib etmiş, məhkəmənin qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. E.Quliyev həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə alimenti və ödəmədiyi aylara görə yaranmış aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə ümümulikdə 2000 manat aliment borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Elşən Quliyev icra şöbəsində izahat verərək icra sənədi üzrə yaranmış aliment borcunu ödəməyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində protokol tərtib edərək məhkəməyə vermişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı olmadığından icra sənədi üzrə alimenti ödəyə bilməmişdir. O, ofisiant işləməklə gündəlik 15 manat qazanc əldə edir. Qazancını himayəsində olan xəstə ata və anasının dərmanlarına və özünün dolanışacağına xərcləyir. Qazancı aliment ödəməyə yetərli deyildir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli, 3(020)- 1025/2023 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu inzibati tənbeh olunmasına baxmayaraq il ərzində eyni icra sənədini üzrsüz səbəbdən təkrar olaraq icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Şəxs icra sənədi üzrə alimenti ödəməməsinə səbəb olaraq maddi imkanının olmamasını və ofisiantişləyərək əldə etdiyi qazancı himayəsində olan xəstə ata-anasının dərmanlarına xərclədiyinə dair izahatını məhkəmə inandırıcı hesab etmir. E.Quliyev məhkəməyə bu barədə sübut təqdim etməmişdir. Onun həmin izahatı özünü müdafiə xarakteri daşıyır. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcundan heç bir ödəniş etməməsini, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 dekabr 2024-cü il tarixdən, saat 11:58-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar