Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-729/2024 26.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 etibarnamə üzrə nümayəndəsi X3, Şikayət vermiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 MN seriyalı ******* saylı, 10 oktyabr 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 MN seriyalı ******* saylı, 10 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, "xxxx" MMC-nin direkotorudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin X5 rəisi X7 tərəfindən qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla onu vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səbəbinə görə barəsində 1500 (min beş yüz) manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Barəsində aparılmış yoxlama zamanı ona vəzifəli şəxs kimi əvvəlcədən heç bir rəsmi bildiriş göndərilməmiş, aparılmış yoxlamaya dəvət edilməmiş, izahatı alınmaamış, hüquq və vəzifələri izah edilməmiş barəsində əsassız olaraq inzibati tənbeh verilmişdir. İnzibati tənbehvermə haqqında qərarda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri” icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən olunmuş "xxxx" MMC-nin direktoru, yəni onun tərəfindən sığortaçı ilə sığorta müqaviləsi bağlanmadığı səbəb göstərilmişdir. Göstərilən səbəb isə heç bir həqiqəti əks etdirmir. Belə ki, sığortaçı- "xxxx" Sığorta Şirkəti ASC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, **********2150 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi” bağlanılmış, tərəflər arasında XH********** saylı, xx.xx.2024-cü il tarixli sığorta müqaviləsinin illik qoşmasının əlavələri təsdiq edilmiş və sığorta haqlarının ödənilməsi Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə həyata keçirilmişdir. Bununlada Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri hər-hansı formada pozmamış və qanunvericiliyə uyğun olaraq “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi”, “İllik qoşması” və “əlavələri” bağlanılmışdır. Bu da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin X5 qəbul etdiyi bu qərarda çoxsaylı pozuntu hallarına yol verildiyini sübut edir. Barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilib- törədilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsirinin olub-olmaması müəyyən edilməmiş və nəticədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin X9 tərəfindən birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərətəfli araşdırılmadan, vəzifəli şəxs kimi idarəyə çağırılmadan, izahatı alınmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin X9 tərəfindən göndərilən cərimənin ödənilməsi barədə bildiriş poçt vasitəsi ilə göndərilərkən barəsində belə bir qərarın qəbul edildiyindən xəbərdar olmuş və bundan sonra şöbəyə müraciət edərək xx.xx.2024-cü il tarixdə, qərarın təsdiq olunmuş surətini şöbədən şəxsən almışdır. Bu da bildiriş məktubunun ona daha gec göndərilməsini göstərir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Mil-X4 hüquqlarını bilərəkdən pozaraq, birtərəfli araşdırma aparmasını və ona qarşı məqsədli hərəkət etməsini bir daha sübut etmiş olur. Onun əməlində inzibati xəta tərkibinin olmaması, inzibati xəta törətməkdə onun təqsirinin müəyyən edilməməsi, hətta dinlənilmədən və protokola qeydləri yazılmadan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin X5 rəisi X1 onun barəsində tərtib etdiyi 10 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunvericliyin tələblərinə uyğun deyildir. Bundan başqa direktoru olduğu "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hüquqi şəxs qismində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-609/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X9 tərəfindən "xxxx" MMC-nin barəsində 25 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair direktoru olduğu "xxxx" MMCnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 rəisi X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən barəsində vəzifəli şəxs kimi qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 10 oktyabr 2024-cü il tarixli, MN saylı ******* №-li qərar əsassız və qanunsuz qəbul edildiyindən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X13 şikayət ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 rəisi X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən barəsində vəzifəli şəxs kimi qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 10 oktyabr 2024-cü il tarixli, MN saylı ******* №-li qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 etibarnamə üzrə nümayəndəsi X8 bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. "xxxx" MMC tərəfindən isə işçiləri sığortalanmamışdır. Həmin sığorta müqavilələri "xxxx" MMC-nin direktoru X13 tərəfindən bağlanmalıdır. Xidmət tərəfindən "xxxx" MMC- nin direktoru barəsində aparılan icraatla əlaqədar bildiriş göndərilmişdir. X18 barəsində aparılan icraatda iştirak etməmişdir. Tərəflərindən aparılmış araşdırmanın nəticəsi olaraq, "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2024-cü il tarixdə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, məhkəmədən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" MMC və "Xalq Xəyat” Sığorta Şirkəti ASC arasında xx.xx.2024-cü il tarixli, **********2150 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi” bağlanılmış, tərəflər arasında XH********** saylı, xx.xx.2024-cü il tarixli illik qoşmasının əlavələri təsdiq edilmiş və sığorta haqlarının ödənilməsi həyata keçirilmişdir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta müqaviləsi” haqqında 24 may 2024-cü il tarixli **********2150 nömrəli müqaviləyə əsasən müqaviləyə əlavədəki 11 adda işçinin siğorta təminatı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddəti əhatə edir və bu təminat siğorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən "Xalq Xəyat” Sığorta Şirkəti ASC-nin hesabına 206.58 manat ödəniş tam şəkildə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 MN ******* saylı, 25 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokola əsasən "Amil” MMC-nin direktoru X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinib, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərara əsasən 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. Hazırda şikayətə əlavə edilmiş iş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-609/2024 saylı qərarı ilə "Amil” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin X2 daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə də "Amil” MMC-nin rəhbəri X13 İXM-nin 469.2-ci maddə ilə təqsirli bilinsə də, eyni əmələ görə hüquqi şəxs olan "Amil ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Xitamın səbəbi isə bu olmuşdur ki, ümumiyyətlə "Amil” MMC-nin əməlində inzibati xəta tərkibi omamışdır, həmin inzibati xəta mövcud olmamışdır. Belə olduğu təqdirdə eyni əmələ görə əvvəllər təqsirləndirilmiş hüquqi şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraat zamanı həmin hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından, hüquqi şəxsin barəsindəki işə baxılarkən inzibati xəta hadisəsinin olmadığı müəyyən elidiyindən, həmin hüquqi şəxsin rəhbərinin də əməlində inzibati xəta tərkibi mövcud olmur. Bununla da hüquqi şəxsin rəhbərinin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X13 barəsində İXM-nin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 MN seriyalı ******* saylı, 10 oktyabr 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-729/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-729/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver