Məhkəmə qərarları › İş №3(020)-733/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-733/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-733/2024 11.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə rəisi polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Beyləqan rayonu İmamverdilər kəndində doğulmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu İmamverdilər kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdim: Məhkəmənin icraatına Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:45 radələrində Beyləqan rayon İH-nin inzibati binasında icra başçısı tərəfindən vətəndaşların qəbulu zamanı uca səslə ünvansız nəlayiq söyüşlər söyərək qəbulun keçirilməsinə mane olmuş və İH-nin iş rejimini pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, İkinci qarabağ müharibəsi iştirakçısıdır. 2023-cü ilin yanvar ayında Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyevə və İcra hakimiyyətinə bir neçə dəfə müraciət etdikdən sonra onu evlə təmin etmişlər. Həmin evdə iki bacısı və bir xəstə anası ilə birlikdə yaşamağa başlamışlar. Kreditə pul götürərək həmin evi təmir etdirmişdir. Bu ilin yanvar ayında səhhəti ilə əlaqəadr olaraq xəstəxanada mualicə alan zaman anası onun yanında olduğuna görə evdə heç kəs olmamışdır. Bundan istifadə edən bələdiyyə sədri Novruz Quliyev yaşadığı evi başqa bir adama vermişdir. Evə gəldikdə evində başqa adamların yaşadığını gördükdə bununla bağlı icra hakimiyyətinə şikayət etmişdir. Onun şikayətlərinə baxılmadığına görə bu gün, yəni xx.xx.2024-cü il tarixdə Beyləqan rayon İcra hakimiyyəti başçısının qəbuluna yazılmış və onun qəbul növbəsi çatan zaman qəbula girmiş və öz problemlərini bildirmişdir. Bu zaman icra başçısı ilə aralarında mübahisə yaranmış və əsəbi vəziyyətdə icra hakimiyyəti başçısının qəbul otağından çıxaraq uca səslə danışmağa başlamışdır. Həmin vaxt orada qəbula yazılmış 30-40 nəfər rayon sakinləri və İcra hakimiyyətinin əməkdaşları olmuşdur. Lakin o, heç kimi təhqir etməmiş və icra hakimiyyətinin iş rejimi pozmamışdır. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan RİH başçısının birinci muavini X4 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 10:45 radələrində Beyləqan şəhər sakini müharibə iştirakçısı 1996-cı il təvəllüdlü Şəxs rayon İH-nin binasına gələrək İcra başçısının qəbuluna yazılmışdır. O, növbəsi çatdıqda qəbula girmiş və icra başçısından ev istəmişdir. İcra başçısı ona yaxın günlərdə evlə təmin olunacağını bildirimişdir. Bu zaman Adəm Məmməfxanlı qəbul otağında yüksək tonla səs-küy salaraq İH-nin inzibati binasında qəbula yazılmış digər sakinlərin yanında ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. İH-nin iş rejimi pozmuşdur. Ona görə də akt tərtib edərək Şəxs barəsində tədbir görülməsi üçün Beyləqan rayon PŞ-nə göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan RİH-nin İqtisadiyyat şöbəsinin məsləhətçisi X7 və X1 RİH başçısının birinci muavini X4 ilə eyni məzmunda izahat verərərək X3 izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları X10, X7, X5, X8, Hikmət Əsgərli, Rəşid Əbilov və Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyevin iştirakları ilə tərtib olunmuş 11 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Beyləqan şəhər sakini müharibə iştirakçısı Şəxs 11 dekabr 2024cü il tarixdə, saat 10:45 radələrində Beyləqan rayon İcra hakimiyyətinin inzibati binasında başçı tərəfindən vətəndaşların qəbulu zamanı qəbulun keçirilməsinə mane olaraq uca səslə İH-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də Şəxs hərəkətləri barədə akt tərtib etmişlər. İş materiallarına əlavə olunmuş Beyləqan Rayon İcra Hakimiyyəti başçısı X12 rayon PŞ-nin rəisinə ünvanladığı 11 dekabr 2024-cü il tarixli, 5-37/2-818/2024 saylı xidməti məktubdan görünür ki, Beyləqan şəhər sakini müharibə iştirakçısı Şəxs 11 dekabr 2024-cü il tarixdə, saat 10:45 radələrində Beyləqan rayon İcra hakimiyyətinin inzibati binasında başçı tərəfindən vətəndaşların qəbulu zamanı qəbulun keçirilməsinə mane olaraq uca səslə İH-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi barədə məlumat verilərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:45 radələrində Beyləqan rayon İH-nin inzibati binasında başçı tərəfindən vətəndaşların qəbulu zamanı uca səslə ünvansız nəlayiq söyüşlər söyərək qəbulun keçirilməsinə mane olmuş və İH-nin iş rejimi pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs Beyləqan rayon İcra hakimiyyətinin inzibati binasında xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları, şahidlərin izahatları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Adəm Məmmdəxanlının həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar