Məhkəmə qərarları › İş №3(020)-739/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-739/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-739/2024 18.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Eyvazalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan ov tüfənginin daşınması qaydasını pozmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində yerləşən çöl torpaq sahəsinə baxmağa gedən zaman babasından yadigar qalmış ov tüfəngini özü ilə götürmüşdür. Həmin vaxt ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq çiynində olan ov tüfənginin muvafiq sənədlərini istəmişdir. O, həmin ov tüfənginin ona babasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını polis əməkdaşlarına bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşlarına təhvil vermiş, özü də polis əməkdaşları ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 rayon PŞ-nin rəisi Ceyhun Qurbanova ünvanladığı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində ryon PŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Zamin Mirzəyevlə birlikdə rayonun Eyvazalılar kəndi ərazisində xidmətdə olduqları zaman həmin çöl torpaq sahəsində iki nəfər şəxsin əlində mülki ov tüfəngi olduğunu görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxslərdən ov tüfənginin müvafiq şəhadətnaməsinin olub-olmadığını soruşmuşlar. Həmin şəxslərdən Niyaməddin İbrahimov əlində olan ov tüfənginin sənədlərinin olduğunu, lakin sənədlərin üzərində olmadığını digər şəxs Şəxs isəisə cavabında mülki ov tüfənginin babasından yadigar qaldığını və tüfəngin heç bir sənədlərinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd qoşa lüləli 30976 nömrəli ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin şəxsin Beyləqan rayonu Eyvazalılar kənd sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 590.2-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Beləliklə, məhkəmə, işin araşdırılmış bütün hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd qoşa lüləli 30976 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar