Məhkəmə qərarları › İş №3(020)-740/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-740/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-740/2024 18.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X6 iştirakları ilə, xx.xx.1995-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, tələbə, “Asel” BOKT-da kredit mütəxəssisi işləyən, Füzuli rayonu Dilağarda kəndində qeydiyyatda olmaqla hazırda Füzuli rayonu 3-cü Zobucuq qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi, özünə məxsus “KİA Sportage” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşburun-YQK yolunun Beyləqan şəhəri Magistral küçəsindən keçən hissəsində yol ayrıcından geri dönmə əməliyyatı edən zaman X6 etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Həmçinin yol-nəqliyyat hadisəsi iştirakçısı olmuş hər iki avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Beyləqan rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən 25 noyabr 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələrinin tərkibi olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Beyləqan PŞ-in DYPB-nə göndərilmişdir. Bundan sonra Beyləqan Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin YNH üzrə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş 16 dekabr 2024-cü il tarixli, İXP saylı ******* №-li inzibati xəta haqqında protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH üzrə inspektoru polis kapitanı X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdirmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi, özünə məxsus “KİA Sportage” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşburun-YQK yolunun Beyləqan şəhəri Magistral küçəsindən keçən hissəsində yol ayrıcından geri dönmə əməliyyatı edən zaman X6 etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 yüngül dərəcəli bədən xəsarəti almış və hər iki avtomobilə maddi zərər dəymişdir. Aparılmış araşdırmadan sonra yol-nəqliyyat hadisəsində “KİA Sportage” markalı, **-FK- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs təqsirli bilinmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi, özünə məxsus “KİA Sportage” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşburun-YQK yolunun Beyləqan şəhəri Magistral küçəsindən keçən hissəsində hərəkətdə olan zaman “orucoğlu” mebel mağazasının qarşısında olan yol ayrıcından geriyə dönmək istəyərkən sonradan şəxsiyyəti ona məlum olan X6 idarə etdiyi “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və yolnəqliyyat hadisəsi baş vermişdir. Dərhal idarə etdiyi avtomobildən düşərək digər avtomobilin sürücüsü Elçin Quliyevi avtomobildən çıxarmış və Elçin Quliyevin sağ ayağından xəsarət aldığını bilmişdir. Hadisə zamanı hər iki avtomobildə sərnişin olmamışdır. Avtomobili idarə edərkən spirtli içkinin təsiri altında olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisədən sonra Elçin Quliyevin avtomobilinə dəymiş maddi ziyanı ödəmişdir. Hadisə ehtiyatsızdan baş vermişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etdi. Zərəçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2024cü il tarixdə, saat 08:00 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ərazisində hərəkətdə olan zaman yol ayrıcından geriyə dönmə əməliyyatı etmək istəyən “KİA Sportage” markalı avtomobili görmüş, lakin o, həmin avtomobilin onun baş yolda olmasına görə ona yol verəcəyini düşündüyündən hərəkətini davam etdirərək həmin avtomobilə çatan zaman “KİA Sportage” markalı avtomobil onun yoluna çıxaraq idarə etdiyi avtomobili sol hissədən vurmuşdur. Yon-nəqliyyat hadisəsi zamanı o, sağ ayağından xəsarət almışdır. Hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Həmçinin avtomobildə tək olmuşdur. Baş vermiş hadisədən sonra onun idarə etdiyi “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər Şəxs tərəfindən tam olaraq ödənilmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 25 noyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisə ilə bağlı araşdırma aparılmış, aparılmış araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.8-ci maddələrinin əlamətləri olduğundan barəsində həmin maddələr ilə tədbir görülməsi üçün qərarın surəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası SN-nin MTE və PA X11 şəxs Beyləqan rayon şöbəsinin rəisi ekspert X5 tərəfindən X6 adına verilmiş 02 noyabr 2024-cü il tarixli, 761/24 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1985-ci il təvəllüdlü X2 diz oynağında əzilmiş yaralar vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamğlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” xx.xx.2024-cü il tarixli 850 saylı protokoldan görünür ki, X7 yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmamışdır. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” xx.xx.2024-cü il tarixli 851 saylı protokoldan görünür ki, Şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmamışdır. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 33-cü maddəsinin İ hissəsinə əsasən Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar