Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-746/2024 20.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1048/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Şəxs 7000 manat borc pul və ödənilmiş 90 manat dövlət rüsumu alınıb X2 verilməlidir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin 2(020)- 190/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 10.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X1 verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1048/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 7000 manat borc pul və ödənilmiş 90 manat dövlət rüsumu alınıb X2 verilməlidir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin 2(020)-190/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 10.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X1 verilməlidir. Borclu Şəxs icra sənədləri üzrə qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə borclarını ödəməkdən boyun qaçırır, müxtəlif bəhanələr edərək icra sənədlərini icra etməkdən yayınır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlməmiş, ona görə də barəsində axtarış qərarı qəbul edilmişdir. Axtarışla icra şöbəsinə gətirilən Şəxs şöbədə verdiyi izahatında ikinci icra sənədi üzrə borcundan 2675 manat ödədiyini, birinci icra sənədi üzrə isə heç bir ödəniş etmədiyini bildirmiş və hazırda da icra sənədləri üzrə borcundan ödəniş etmək üçün maddi imkanının olmadığını bildirmişdir. Həmçinin ona vaxt verilərsə icra sənədləri üzrə borcunu gələcəkdə hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Tələbkarlar isə bu cür ödəniş üsulu ilə razılaşmırlar, borclarının ödənilməsini tələb edirlər. Ona görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1048/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 7000 manat borc pul və ödənilmiş 90 manat dövlət rüsumu alınıb X2 verilməlidir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin 2(020)-190/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 10.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X1 verilməlidir. Nəhayət üçün torpaq sənədləri düzəltmiş, pulu ora xərcləmiş, borcundan da 2675 manat ödəmişdir. Esmira Qayınbəyovanın hesab nömrəsini bilmədiyi üçün ödəniş etməmiş, həmçinin Esmira Qəyinbəyovanın öldüyünü eşitmişdir, sonra isə onun sağ olduğunu bilmişdir. Xırdalanda yaşadığına görə icra məmurunun çağırışına gələ bilməmişdir. Gündəlik olaraq ev alqı-satqı işləri ilə məşğul olur qazancı borclarını tam ödəmək üçün kifayət etmir. Ona vaxt verilərsə borclarından hissə-hissə ödəyəcəkdir. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-1048/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 7000 manat borc pul və ödənilmiş 90 manat dövlət rüsumu alınıb X2 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1048/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-190/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 10.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X1 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-190/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan bildirişlərdən görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borclu Şəxs hər iki icra sənədi üzrə borclarını tam şəkildə ödəməmişdir. Bununla əlaqədar əvvəllər iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borclarını üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borclarını ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 20 dekabr 2024-cü il tarixdən, saat 13:15-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-746/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-746/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver