Məhkəmə qərarları › İş №3(020)-749/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-749/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-749/2024 23.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, təhsili olmayan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatında olan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)- 489/2021 saylı icra sənədinə əsasən 07 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində aliment Şəxs tutularaq iddiaçı X2 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 22 may 2024-cü il tarixli, 3(020)-413/2024 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)- 489/2021 saylı icra sənədinə əsasən 07 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində aliment Şəxs tutularaq iddiaçı X2 verilməlidir. İcra sənədi üzrə qanuni icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədi üzrə aliment ödəməmiş, nəticədə 5800 manat aliment borcu yaranmışdır. Şəxs icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində 22 may 2024-cü il tarixdə protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra yenidən icra tədbirləri görülməsinə baxmayaraq alimenti ödəməmiş, bununla əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri il ərazində təkrar törətmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)- 489/2021 saylı icra sənədinə əsasən 07 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində aliment ondan tutularaq iddiaçı X2 verilməlidir. Maddi imkanı olmadığına və sifətində xəstəlik olduğuna görə tam gücü ilə işləyə bilmir, fəhləliklə məşğul olur. Qazancı özünə ancaq çatır. Hazıra kimi 200 manat aliment ödəmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(073)-489/2021 saylı icra sənədinə əsasən 07 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində aliment Şəxs tutularaq iddiaçı X2 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 22 may 2024-cü il tarixli, 3(020)-413/2024 saylı qərarından görünür ki, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin 22 may 2024-cü il tarixli, 3(020)-413/2024 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 dekabr 2024-cü il tarixdən, saat 13:15-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar