Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-750/2024 23.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində göstərilən inzibati xətaları törətməsinə dair Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı "inzibati xəta haqqında” protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 11:06 radələrində DİN-nin 102 xidmətinə zəng edərək RPŞ-də aparılan araşdırmadan narazı olduğunu bildirərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və RPŞ-ni yandıracağını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 11:06 radələrində DİN-nin 102 xidmətinə zəng edərək RPŞ-də aparılan araşdırmadan narazı olduğunu bildirərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və RPŞ-ni yandıracağını bildirmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli raport və bir ədəd səs yazısı olan CD-disk şöbəyə göndərilərək Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsi göstəriş verilmişdir. Ona görə də o, həmin raport əsasında hazırki protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, qardaşı yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bununla bağlı araşdırmanın nəticəsi ilə razı olmadığına görə 19 dekabr 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək RPŞ-də aparılan araşdırmadan narazı olduğunu bildirmişdir. Əsəbi vəziyyətdə olduğundan 102 xidmətinin operatoru ilə aqressiv danışmış, lakin nalayiq ifadələr işlətməmişdir. Hadisə zamanı əsəbi vəziyyətdə olmuşdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı Nurlan Muradlı tərəfindən Beyləqan rayon Pş-nin rəisi vmie Orxan Novruzova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:06-da Beyləqan rayon Aşağı Çəmənli kənd sakini Şəxs DİN-nin 102 xidmətinə zəng edərək Beyləqan rayon polis şöbəsində aparılan araşdırmadan narazı olduğunu bildirərək polis əməkdaşlarının ünvanına qarşı nalayiq ifadələr işlədərək təhqir etmiş və polis şöbəsinin binasını yandıracağını bildirmişdir. - Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı "inzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 11:06 radələrində DİN-nin 102 xidmətinə zəng edərək RPŞ-də aparılan araşdırmadan narazı olduğunu bildirərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və RPŞ-ni yandıracağını bildirmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. Sübut kimi məhkəməyə təqdim edilmiş və məhkəmə iclas zalında səsləndirlimiş CD-diskə yazılmış səs yazısında Şəxs polisin qanuni tələbinə tabe olmaması halı müəyyən edilmir. Lakin, İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər bu maddə ilə məsuliyyət yaradır. İşin faktiki halları ilə Şəxs DİN-nin 102 xidmətinə zəng edərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Ona görə də barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏ RA RA A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-750/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-750/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver