Məhkəmə qərarları › İş №3(020)-753/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-753/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-753/2024 23.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Oqtay oğlunun iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, Şəxs Oqtay oğlunun barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1251/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Şəxs Oqtay oğlundan 2276.40 manat əsas və 227.60 manat cərimə olmaqla ümumilikdə 2504 manat pul və ödənilmiş 45.04 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə verilməlidir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Oqtay oğlundan borca görə 2000 manat və ödənilmiş 31 manat dövlət rüsumu alınıb X3 verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1251/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Oqtay oğlundan 2276.40 manat əsas və 227.60 manat cərimə olmaqla ümumilikdə 2504 manat pul və ödənilmiş 45.04 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə verilməlidir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Oqtay oğlundan borca görə 2000 manat və ödənilmiş 31 manat dövlət rüsumu alınıb X3 verilməlidir. Borclu Şəxs Oqtay oğlu icra sənədləri üzrə bir dəfə icra şöbəsinə gələrək izahatı alınmış, izahatında ona vaxt verilməsini xahiş etmişdir. Şəxs icra sənədləri üzrə tələbi təmin etmək məqsədi ilə 2 ay vaxt vermişdir. Lakin bundan sonra Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə borclarını ödəməkdən boyun qaçırmış, icra şöbəsinə gəlməkdən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs Oqtay oğluna icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlməmiş, ona görə də barəsində axtarış qərarı qəbul edilmişdir. Axtarışla icra şöbəsinə gətirilən Şəxs şöbədə verdiyi izahatında ikinci icra sənədi üzrə borclarını maddi imkanı olmadığından ödəmədiyini bildirmiş və hazırda da icra sənədləri üzrə borcundan ödəniş etmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs Oqtay oğlunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Oqtay oğlu özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1251/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 2276.40 manat əsas və 227.60 manat cərimə olmaqla ümumilikdə 2504 manat pul və ödənilmiş 45.04 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə verilməlidir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan borca görə 2000 manat və ödənilmiş 31 manat dövlət rüsumu alınıb X3 verilməlidir. Səmayə Rəhimovaya pul ödəmiş, təxminən 400 manat borcu qalmışdır. Həmçinin Səmayə onun əmlaklarını qaytarmadığına görə qalan borcu verməmişdir. "xxxx" MMC-yə isə olan borcunu hazıra kimi ödəməmişdir. İcra məmuruna izahat yazıb 2 ay müddətinə borcunu ödəməyə söz versə də buna əməl edə bilməmişdir. Həmçinin bir müddət həbsdə olmuş bu səbəbdən də borcu ödənilməmiş qalmışdır. Ona vaxt verilərsə borclarından hissə-hissə ödəyəcəkdir. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-1251/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Oqtay oğlundan 2276.40 manat əsas və 227.60 manat cərimə olmaqla ümumilikdə 2504 manat pul və ödənilmiş 45.04 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1251/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs Oqtay oğluna 10 gün vaxt verilmişdir. Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Oqtay oğlundan borca görə 2000 manat və ödənilmiş 31 manat dövlət rüsumu alınıb X3 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs Oqtay oğluna 10 gün vaxt verilmişdir. İşdə olan bildiriş və xəbərdarlıqlardan görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borclu Şəxs Oqtay oğlu hər iki icra sənədi üzrə borclarını tam şəkildə ödəməmişdir. Bununla əlaqədar əvvəllər iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs Oqtay oğlunun icra sənədləri üzrə olan borclarını üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs Oqtay oğlu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs Oqtay oğlunun şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borclarını ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Oqtay oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 dekabr 2024-cü il tarixdən, saat 17:55-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar