Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-758/2025 09.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş ğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, orta təhsilli, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Beyləqan rayon icra şöbəsinin icra məmuru X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 09 oktyabr 2025-ci il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Beyləqan Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon icra şöbəsinin icra məmuru X18 protokolu müdafiə edərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra sənədinə əsasən X7, X10 və X1 müştərək qaydada 28 avqust 2013-cü il tarixli, 28R000002735 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 14866,91 ABŞ dolları, faiz borcuna görə 5895,89 ABŞ dolları, cərimə borcuna görə 10 ABŞ dolları, borcun cəmi məbləği 20772,80 ABŞ dolları və 27 yanvar 2015-ci il tarixli 048R********** nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 7516,84 ABŞ dolları, faiz borcuna görə 1825,37 ABŞ dolları, cərimə borcuna görə 10 ABŞ dolları, borcun cəmi məbləği 9352,21 ABŞ dolları Azərbaycan manatı ekvivalenti ilə və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulub "xxxx" QSC-yə ödənilməli, ipoteka predmeti Beyləqan rayonu, Mil kəndində yerləşən X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilməli, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ X7, X10 və X1 ümumi qaydada tutulmalı, Beyləqan rayonu, Mil kəndində yerləşən X3 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X7, X10, X6, X11, X8 və X4 fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqları itirilməli, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılaraq fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında tərəflərə rəsmi qaydada bildiriş göndərmişdir. Verilmiş müddət ərzində icra sənədində göstərilən tələb könüllü olaraq təmin edilmədiyindən məcburi icra tədbiri haqqında xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərə təyinatlar vermiş, lakin məcburi icra tədbirləri görülən zaman borclulardan bir qismi icra sənədinin icrasını təmin etməkdə onlara maneçilik törətmişlər və icra sənədi üzrə borclarını ödəmək üçün vaxt istəmişlər. Lakin vaxt verilməsinə baxmayaraq qeyd olunan icra sənədi icra olunmadığından xx.xx.2025-ci il tarixə məcburi icra tədbiri haqqında təyinat vermiş, icra yerinə gedilərək icra sənədi icra olunan zaman Şəxs icra sənədinin icrasına maneçilik törətməyə davam etdiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, ikinci qarabağ müharibəsi iştirakçısı olmaqla 3-cü qrup əlildir. İcra sənədi üzrə icraata başlama haqqında qərarları və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Qeyd edilən icra sənədi üzrə tələbi təmin etmək üçün icra məmurundan vaxt istəmişdir. Lakin qeyd olunan ərazidə tikilən tiklilər mişar daşlarından tikildiyi üçün həmin tiklilərin sökülməsinə 1 ay vaxt lazmdır. Ona vaxt verilərsə icra sənədi üzrə tələbi 1 ay müddətində tam olaraq icra edəcəkdir. Belə ki, onların obyektləri vardır. Həmin obyekti də satmaq fikirindədirlər. Əldə onun vəsaiti isə banka olan borclarına ödəyəcəklər. İcra sənədinin icrasından yayınmır. Göstərilənləri nəzərə alıb, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Beyləqan rayon icra şöbəsinin icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra vərəqəsindən görünür ki, X7, X10 və X1 müştərək qaydada 28 avqust 2013-cü il tarixli, 28R000002735 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 14866,91 ABŞ dolları, faiz borcuna görə 5895,89 ABŞ dolları, cərimə borcuna görə 10 ABŞ dolları, borcun cəmi məbləği 20772,80 ABŞ dolları və 27 yanvar 2015-ci il tarixli 048R********** nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 7516,84 ABŞ dolları, faiz borcuna görə 1825,37 ABŞ dolları, cərimə borcuna görə 10 ABŞ dolları, borcun cəmi məbləği 9352,21 ABŞ dolları Azərbaycan manatı ekvivalenti ilə və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulub "xxxx" QSC-yə ödənilməli, ipoteka predmeti Beyləqan rayonu, Mil kəndində yerləşən X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilməli, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ X7, X10 və X1 ümumi qaydada tutulmalı, Beyləqan rayonu, Mil kəndində yerləşən X3 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X7, X10, X6, X11, X8 və X4 fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqları itirilməli, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılaraq fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. İcraata başlamaq haqqında 06 fevral 2023-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra vərəqəsi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclulara 10 gün vaxt verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə 15 mart 2024-cü il tarixli, 32609/2023 nömrəli məcburi icra tədbiri haqqında təyinat qərarı qəbul edilmiş və icra sənədində göstərilən tələbin təmini ilə əlaqədar icra işinin məcburi icrası xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X18, tələbkar "xxxx" QSCnin nümayəndəsi X9, borclu X5 və digərlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra sənədində göstərilən tələbin təmini ilə əlaqədar icra işinin məcburi icrası zamanı borclu şəxslər icra sənədinin icrasını təmin etmək üçün vaxt istədiyindən icra sənədinin icrası 15 gün müddətinə təxirə salınmışdır. Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə 25 noyabr 2024-cü il tarixli, 32609/2023 nömrəli məcburi icra tədbiri haqqında təyinat qərarı qəbul edilmiş və icra sənədində göstərilən tələbin təmini ilə əlaqədar icra işinin məcburi icrası xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X18, tələbkar "xxxx" QSCnin nümayəndəsi X9, borclu X5 və figərlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra sənədində göstərilən tələbin təmini ilə əlaqədar icra işinin məcburi icrası zamanı borclu şəxslər icra sənədinin icrasını təmin etmək üçün vaxt istədiyindən icra sənədinin icrası 20 gün müddətinə təxirə salınmışdır. Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə 01 avqust 2025-ci il tarixli, 32609/2023 nömrəli məcburi icra tədbiri haqqında təyinat qərarı qəbul edilmiş və icra sənədində göstərilən tələbin təmini ilə əlaqədar icra işinin məcburi icrası xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X18, tələbkar "xxxx" QSCnin nümayəndəsi X9, borclu X5 və figərlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)-1741/2017 saylı icra sənədində göstərilən tələbin təmini ilə əlaqədar icra işinin məcburi icrası zamanı Şəxs məhkəmə qərarının icra edilməsinə maneçilik etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs məcburi icra tədbirləri zamanı məhkəmə qərarının icra edilməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, icra sənədi üzrə tədbir görülməsinə baxmayaraq Şəxs tərəfindən icra sənədinin icrasına maneçilik törədilmişdir. Beyləqan Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(020)- 1741/2017 saylı icra sənədi üzrə göstərilən tələblərə tam olaraq əməl edilməməsini,Şəxs etdiyi hərəkətlərin icra sənədinin icrasının uzanmasına səbəb olduğunu göstərir. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrində təsbit olunmuş məhkəmənin qəbul etdiyi qərarların icrasının məcburiliyi və icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu müddəasının pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla da tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ikinci qarabağ müharibəsi iştirakçısı olmasını, məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatması ilə yanaşı, Şəxs şəxsiyyətini, xəstəliyini, himayəsində azyaşlı uşaqlarının olmasını və icra sənədinin icrası üçün təşəbbüs göstərməsini nəzərə alıb hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-758/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-758/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver