Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-759/2025 09.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Beyləqan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7, zərərşəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Beyləqan rayonun, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 2025-ci ilin sentyabr ayında X2 məxsus Beyləqan şəhərində yaşadığı 2 mərtəbəli ümumi yaşayış binasının giriş pilləkəninə qoyduğu 200 manat dəyərində olan velospedi talayaraq ələ keçirmişdir. Məhkəmə iclasında iştirak etmiş Beyləqan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, faktla bağlı Beyləqan RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və oğurlanmış velosipedin qiyməti 200 manat olduğuna görə 25 sentyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin onun əməlində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş xırda talamanın tərkib əlamətləri olduğuna görə barəsində qeyd olunan protokol tərtib edilmişdir. Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. Yaşadığı ev Beyləqan şəhəri, S.İmrəliyev küçəsində olmaqla küçə parkının yanında yerləşir. Parkın önündə onun evinin qarşısında isə özünəməxsus çayxanası vardır. Kafenin qarşısında isə vətəndaşların istrahəti üçün oturacaqlar yerləşdirilmişdir. Təxminən 15 gün əvvəl o, səhər saat 04 radələrində yuxudan oyanıb, parka çıxarkən evinin önündə olan oturacaqlara söykənili vəziyyətdə olan velosiped olduğunu görmüşdür. Bundan sonra o, həmin velosipedi həmi yerdən görürərək çayxanasının həyətinə aparmış, səhər tam açıldığdan sonra evinin yanında velosiped təmiri və satışı ilə məşğul olan Nemət Əliyevin yanına apararaq tapdığını bildirərək, orada qalmasını demişdir. Həmin velospedi tapdığı gündən bu günədək həmin yerdə olmuşdur. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Beyləqan rayon, Kəbirli kəndində daimi qeydiyyatda olmaqla hazırda Beyləqan şəhəri. M.Ə.Sabir küçəsi ev 14-də yaşayır. 19 sentyabr 2025-ci il tarixdə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, 2 ay əvvəl Beyləqan şəhəri, S.İmrəliyev küçəsində velosiped satışı və təmiri ilə məşğul olan X5 oğlu üçün 200 manata aldığı “Sirim Velo” markalı velosipedin oğurlandığını bildirmişdir. Həmin velosipedi oğlu dərsdən sonra küçədə idarə edir və axşamlar qonşunun avtomobil qarajına bəzi hallarda isə qardaşının yaşadığı həyət evinin həyətində saxlayır, lakin təxminən 7-8 gün əvvəl oğlu velosipedi küçədə idarə etdikdən sonra qardaşı evlərində olmadığından velosipedi kirayə yaşadığı 2 mərtəbəli ümumi yaşayış bina evinin girişində olan dəmir piləkəninin boşluq olan hissəsinə qoyaraq tros qıfıl ilə piləkənə bağlamışdır. Səhəri o, evdən işə gedən zaman velosipedin piləkənə bağladığı yerdə olmadığı aşkar etmişdir. O, sonra velospedi Nemətdən aldığı üçün onun yanına getmiş, lakin sonuncu velospedin onda olmadığını bildirmişdir. Polis əməkdaşlarının araşdırması nəticəsində velospedin Şəxs tərəfindən götürüldüyü müyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, Beyləqan şəhər, B.Kəngərli küçəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Beyləqan şəhəri, S.İmrəliyev küçəsində özünəməxsus velosiped satışı və təmiri sexi vardır. X6 təxminən 2 ay əvvəl ondan 200 manat pul müqabilində velosiped almışdır. Şəxs onun qonşusudur və bir neçə gün əvvəl ondan 35 manat borc pul almışdır. Şəxs onun 2 ay əvvəl Pərviz Əmirxanova satdığı velosipedi onun mağazasına gətirərək, kənarda saxlamasını bildirib getmidşri. Lakin, bir neçə gün sonra polis əməkdaşları gəlib, həmin velosipedin oğurluq olmasını bildirərək aparmışlar. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: İnzibati materiala əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələbinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmişdir. Beyləqan RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Səbuhi Məmmədov tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanova ünvanlanmış 25 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, ünvan 6 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraata başlanılması məqsədilə qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” 08 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 08 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, hadisə ilə bağlı aparılmış araşdırm amaterialı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 08 oktyabr 2025-ci il tarix saat 19:30-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 oktyabr 2025-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Beyləqan rayon Polis şöbəsinə həvalə olunsun Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(020)-759/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-759/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver