Məhkəmə qərarları › İş №3(020)-77/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-77/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-77/2024 29.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, Beyləqan şəhəri, H.Əliyev küçəsi ev 18-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri H.Əliyev küçəsində yerləşən yaşadığı evin həyətində və küçədə ucadan ünvansız nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri H.Əliyev küçəsində yerləşən yaşadığı evin həyətində olan zaman bacısı və bacısının qızı ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşərək ünvansız nalayiq ifadələr işlətmiş və əsəbi soyumadığından həyətini qarşısına, yəni küçəyə çıxaraq nalayiq söyüşlər söymüşdür. Bu zaman bacısı DİN-nin 102 xidmətinə zəng edərək onun bu hərəkətləri barədə şikayət etmişdir. Bundan bir qədər sonra Beyləqa rayon PŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək barəsində şikayət olunduğunu bildirmiş, əsəbi vəziyyətdə olduğundan polis əməkdaşlarının yanında ünvansız nəlayiq ifadələr işlətməyə davam etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə o, polis əməkdaşlarına məhəl qoymamışdır. Ona görə də polis əməkdaşları onu rayon PŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Hadisə zamanı əsəbi vəziyyətdə olduğundan özündə olmamışdır. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə nəfəri polis serjantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində rayon PŞ-nin İTB-nin polis sahə nəfəri polis baş serjantı X3 rayon H.Əliyev küçəsində xidmətdə olduqları zaman bir nəfər şəxsin həmin ünvanda, ictimai yerdə ünvansız nalayiq ifadələr işlətdiyini görərək həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə tabesizlik edərək onlara məhəl qoymamış, qanunsuz hərəkətlərini davam etdirərək həyətdə və küçədə ucadan nəlayiq ifadələr işlədərək qonşuları da narahat etmişdir. Bu səbəbdən də onlar həmin şəxsi rayon PŞ-nə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri H.Əliyev küçəsində yerləşən yaşadığı evin həyətində və küçədə ucadan ünvansız nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə nəfəri polis serjantı X1 Beyləqan rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri H.Əliyev küçəsində yerləşən yaşadığı evin həyətində və küçədə ucadan ünvansız nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. R.Bayramovun xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları, özünün etirafı və şahidin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, əsəbi vəziyyətdə xırda xuliqlanlıq hərəkətləri etməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 15:30-da tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 yanvar 2024-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar