Məhkəmə qərarları › İş №3(020)-773/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-773/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-773/2025 15.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, X1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən qəbul edilmiş MN saylı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbəh vermə haqqında qərarından verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 məhkəməyə müraciət edərək, MN saylı ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 inzibati tənbeh edilməsinə dair barəsində qərarın qəbul edilibedilməməsinin müəyyən edilməsi mümkün deyildir. Eləcə də, həmin qərar varsa belə iş materiallarına əlavə olunmamışdır. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Bundan sonra isə işə aidiyyəti üzrə baxılması üçün inzibati xətanın törədilmə yerinin, vaxtının müəyyən edilməsi və inzibati tənbehin hansı əsaslara görə verilməsi öyrənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Digər tərəfdən qeyd edilməlidir ki, X2 şikayətinə, müvafiq qərarın surətinin ona təqdim olunması barədə qərarı qəbul etmiş səlahiyyətli orqana müraciət etməsini təsdiq edən hər hansı bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 inzibati tənbeh edilməsinə dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 inzibati tənbeh edilməsinə dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar