Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-78/2024 02.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonu Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Əhmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs. barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Beyləqan rayonu Əhmədli kəndi ərazisində özünə məxsus bir ədəd 30478 nömrəli sənədləri olmayan ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu Əhmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı Beyləqan rayonu Əhmədli kəndində yerləşən çöl torpaq sahəsinə baxmağa gedən zaman ata babasından ona yadigar qalan ov tüfəngini də özü ilə götürmüşdür. Bu zaman kənd ərazisində xidmətdə olan polis sahə rəisi ona yaxınlaşaraq əlində olan ov tüfənginin sənədlərini ondan tələb etmişdir. Həmin vaxt o, polis əməkdaşına ov tüfənginin ata babasından yadigar qaldığını və heç bir sənədlərinin olmadığını bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-ə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində xidməti ərazisi olan Beyləqan rayon Əhmədli kəndində xidmətdə olan zaman həmin kənd sakini Şəxs kənd ərazisində çöl torpaq sahəsində əlində tək lüləli ov tüfənginin olduğunu görmüş və Şəxs yaxınlaşaraq özünü təqdim edərək həmin şəxsdən əlində olan ov tüfənginin muvafiq sənədlərini tələb etmişdir. Həmin şəxs ona ov tüfənginin ata babasından yadigar qaldığını və heç bir sənədinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd bir ədəd tək lüləli, 30478 nömrəli sənədləri olmayan ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişdir. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla ona törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd tək lüləli, 30478 nömrəli sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-78/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-78/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver