Məhkəmə qərarları › İş №3(020)-79/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-79/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-79/2024 29.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs iştirakı ilə, xx.xx.1951-ci ildə Ağcabədi rayonu Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu RTS qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs. barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:20 radələrində Beyləqan rayonu RTS qəsəbəsi ərazisində yerləşən çöllük sahədə özünə məxsus bir ədəd İJ markalı, 12 kalibirli, iki lüləli, 67893-48 nömrəli sənədləri olmayan ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu RTS qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində yaşadığı Beyləqan rayonu RTS qəsəbəsinin kənarında yerləşən çöllük sahəyə ov etmək məqsədi ilə gedən zaman atasından yadigar qalmış sənədləri olmayan ov tüfəngini də özü ilə götürmüşdür. Ov edən zaman çöl torpaq sahəsinin kənarında xidməti avtomobili ilə xidmətdə olan Beyləqan rayon PŞ-nin əməkdaşları ona yaxınlaşaraq əlində olan ov tüfənginin sənədlərini ondan tələb etmişdir. Həmin vaxt o, polis əməkdaşına ov tüfənginin atasından yadigar qaldığını və heç bir sənədlərinin olmadığını bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşlarına təhvil vermiş, özü də polis əməkdaşları ilə birlikdə rayon PŞ-ə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə rayonun RTS qəsəbəsi ərazisində xidmətdə olan zaman qəsəbə ərazisində yerləşən çöllük sahədə bir nəfər şəxsin ov etdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq özünü təqdim edərək həmin şəxsdən əlində olan ov tüfənginin muvafiq sənədlərini tələb etmişdir. Həmin şəxs ona ov tüfənginin atasından yadigar qaldığını və heç bir sənədinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd İJ markalı, 12 kalibirli, iki lüləli, 67893-48 nömrəli sənədləri olmayan ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin şəxsin Beyləqan rayonu, RTS qəsəbə sakini Şəxs olduğu məlum olmuşdur. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla ona törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd İJ markalı, 12 kalibirli, iki lüləli, 67893-48 nömrəli sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar