Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-8/2025 09.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ X6 Vəliş oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Beyləqan rayonu, Şəfəq qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Beyləqan rayonu, Şəfəq bələdiyyəsinin sədri, Beyləqan rayonu, Şəfəq qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Beyləqan rayon Polis şöbəsi tərəfindən 26 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində lazımi icazə olmadan 1 (bir) ədəd turac quşunu qanunsuz olaraq ovlamış və təbiətə 330 manat ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 26 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Beyləqan Rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, səlahiyyət orqan məhkəməyə gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət edilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (nümayəndəsinin) iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, ona məxsus olan MR-155 markalı, 12 kalibirli ********** nömrəli və MR-27 markalı, 12 kalibirli ********* nömrəli ov tüfəngləri var. Həmin ov tüfənglərini 2017-ci ildə və 2022-ci ildə almışdır. xx.xx.2024-cü il tarixdə bacanağı X8 rayonundan onlara qonaq gəlmişdir. Gecə Qafarla danışaraq çöl torpaq sahəsinə gedərək yemək yemək qərarına gəlmişlər. Səhəri gün tanışı Samir Səfərova zəng edərək çöl torpaq sahəsində yeyib-içməyə gedəcəklərini bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində bacanağı Qəfər Abbasov və həmkəndlisi Samir Səfərovla birlikdə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndi ərazisində özünə məxsus “Niva” markalı, **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə ov etməyə getmişlər. İdarə etdiyi avtomobil hərəkətdə olan zaman avtomobilin səsinə bir ədə quş uçmuş və o, həmin quşu özünə məxsus tüfənglə vurmuş və quşu maşına atmışdır. Bundan bir qədər sonra kənd ərazisində olan zaman ərazidə xidmətdə olan polis əməkdaşları onları saxlamışdır. Polis əməkdaşları onlardan hardan gəlmələrini soruşan zaman o, polis əməkdaşlarına ov etməkdən gəldiklərini bildirmiş və ov edən zaman bir ədə turac vurduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə gətirilmişlər. Şöbədə avtomobildə olan ov tüfənglərinə, qırmalara və ov itinə onun iştirakı ilə baxış keçirilmişdir. Əvvəllər ov ilə məşğul olmamışdır. Qeyd olunan silahları tam qanuni sənədlərlə ona məxsusdur. Həmçinin xx.xx.2008-ci ildən Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. Etdiyi əməldən peşimandır, sonda isə ov hüququnun məhdudlaşdırılması ilə əlaqədar tənbehin tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Beyləqan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Kənan Məmmədzadə tərəfindən Beyləqan RPŞ-nin rəisi, polis polkovniki Ceyhun Qurbanova ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri X7 RPŞ-nin rəisinə raportla müraciət edərək xx.xx.2024-cü il tarixd, saat 10:00-da Beyləqan rayonu, 2-ci Aşıqlı kəndi ərazisində post yoldaşı polis serjantları X1 ilə birlikdə xidmətdə olan zaman atəş səsi eşidərək səs gələn istiqamətdə getdikdə “Niva” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan 3 nəfər şəxsin qanunsuz ov etməsini aşkar etdiklərini, buna görə də həmin şəxsləri avtomobili ilə birlikdə dəvət edib polis şöbəsinə gətirdiklərini, Polis şöbəsində həmin şəxslərin beyləqan rayon Şəfəq qəsəbəsində yaşayan Şəxs və X4, Qaradağ rayonu, lökbatan qəsəbəsi, keçid 5, ev 7-də yaşayan yaşayan X5 olmasını müəyyən etdiklərini bildirmişlər. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 20 dekabr 2024-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işi başlanması rədd edilmiş, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 14 yanvar 2017-ci il tarixdə verilmiş 74 nömrəli Şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, "MR-155” markalı, ********* nömrəli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 30 dekabr 2022-ci il tarixdə verilmiş 3263 nömrəli Şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, "MR-27” markalı, ********* nömrəli yivsiz ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti tərəfindən verilmiş 398 nömrəli "Ovçuluq Bileti”nin surətindən görünür ki, Şəxs xx.xx.2008-ci ildən Ovçular Birliyinin üzvüdür. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, ondan aşkar edilmiş MR- 155 markalı, 12 kalibirli ********** nömrəli və MR-27 markalı, 12 kalibirli ********* nömrəli ov tüfəngləri müsadirə edilməməklə 1 (bir) il müddətinə ov etmək hüququ məhdudlaşdırılsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-8/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-8/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver