Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-811/2023 13.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, orta təhsilli, evli, üç uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1599/2022 saylı, 27 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 769 manat pul, qiymətləndirmə xidmətinin dəyəri olan 165 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1599/2022 saylı, 27 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən ondan 769 manat pul, qiymətləndirmə xidmətinin dəyəri olan 165 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı zəif olduğundan bugünədək icra sənədi üzrə borcundan ödəniş edə bilməmişdir. İcra sənədinin könüllü icrası barədə icra məmuru tərəfindən ona vaxt verilmiş, lakin ona verilmiş vaxt ərzində borcunu ödəməmişdir. İcra məmuru tərəfindən onun ünvanına göndərilmiş çağırış məktubunu almamış, ona görə də icra məmurunun bildirişlərindən xəbərdar olmamışdır. Polis əməkdaşları tərəfindən ona axtarışda olması bildirilmiş və bundan sonra İcra və probasiya şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunun ödənilməsi tələb olunmuşdur. Hazırda icra sənədi üzrə olan borcunu tam olaraq Zərərçəkmiş şəxs ödəmişdir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu tam olaraq ödədiyini və tələbkarın ərizəsini nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1599/2022 saylı, 27 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 769 manat pul, qiymətləndirmə xidmətinin dəyəri olan 165 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb ona verilməlidir. Borclu məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hazırda icra sənədi üzrə ona olan 964 manat borcunu tam olaraq ödəmişdir. Şəxs icra sənədi üzrə ona heç bir borcu qalmamışdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1599/2022 saylı, 27 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 769 manat pul, qiymətləndirmə xidmətinin dəyəri olan 165 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs icra sənədi üzrə olan borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədinə əsasən borcunu tələbkara ödəməmişdir. Şəxs icra şöbəsinə dəvət olunmuş və ona hüquq və vəzifələri izah olunaraq borcunu tam şəkildə ödəməsi tələb edilmişdir. İcra şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəməyəciyini bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda tələbkara olan borcunu tam olaraq ödəmişdir. Bu barədə tələbkar Zərərçəkmiş şəxs ərizə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1599/2022 saylı, 27 dekabr 2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 769 manat pul, qiymətləndirmə xidmətinin dəyəri olan 165 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu tam olaraq ödədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, icra sənədi üzrə borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda icra sənədi üzrə olan borcunu tam olaraq ödəmiş, tələbkar bu barədə məhkəməyə ərizə verərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, borclu Əsədov X1 rayon məhkəməsinin 2(020)-1599/2022 saylı, 27 dekabr 2022-ci il tarixli icra sənədi üzrə 964 manat borcunu tam olaraq ödəmişdir. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəm ki, yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-811/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-811/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver