Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-85/2025 03.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Beyləqan rayonun, Mayak qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Beyləqan rayon İcra və probasiya şöbəsinin X3 izahat verərək bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-2295/2024 nömrəli icra sənədinə əsasən Şəxs 08 avqust 2023-cü il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment alınıb tələbkar X2 ödənilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixli icraata başalamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2295/2023 nömrəli icra sənədinə əsasən, 08 avqust 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 13 dekabr 2022-ci il tarixdə anadan olmuş Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 180 manat məbləğində aliment alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixli icraata başalamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. Bundan başqa Beyləqan Rayon Məhkəməsinin e-2(020)- 2007/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1048 manat borc pul və 30,48 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. Həmçinin Beyləqan Rayon Məhkəməsinin 2(020)-311/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 165 (bir yüz altmış beş) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X4 verilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. İcra sənədləri üzrə aliment və digər borclarını ödəmədiyindən və icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-669/2024 nömrəli qərarı ilə Şəxs 15 gün müddətinə inzibati həbs edilmişdir. Şəxs aliment borcunu ödəmədiyi üçün 2740 manat aliment borcu yığılmışdır. Həbsdən çıxdıqdan sonra yenidən qanuni icra tədbirləri görülməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-669/2024 nömrəli qərarı qüvvəyə mindiyi gündən bir il ərzində Şəxs eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, İXM-nin 528.1-1-ci maddəsi ilə özünü təqsirli bilir, lakin maddi imkanı olmadığı üçün alimenti və sözügedən icra sənədləri üzrə borclarını ödəyə bilməmişdir. Hazırda 2740 manat aliment borcu yığılmışdır. Göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-2295/2023 nömrəli icra sənədinə əsasən, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 13 dekabr 2022-ci il tarixdə anadan olmuş Mələk adlı uşağın saxlanılması üçün 09 avqust 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs müvəqqəti olaraq hər ay 180 manat məbləğində aliment alınıb, tələbkar X2 ödənilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-2295/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2295/2023 nömrəli icra sənədinə əsasən, 08 avqust 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 13 dekabr 2022-ci il tarixdə anadan olmuş Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 180 manat məbləğində aliment alınaraq tələbkar X2 ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2295/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin e-2(020)-2007/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1048 manat borc pul və 30,48 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində Beyləqan Rayon Məhkəməsinin e-2(020)-2007/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-311/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 165 (bir yüz altmış beş) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X4 verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində Beyləqan Rayon Məhkəməsinin 2(020)-311/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-669/2024 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədləri üzrə tələbləri üzrsüz səbəbdən icra etmədiyinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-669/2024 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilmiş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-cü il saat 17:55-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-85/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-85/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver