Məhkəmə qərarları › İş №3(020)-86/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-86/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-86/2025 04.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu Dövlətyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Füzuli rayonu Dövlətyarlı kəndində qeydiyyatda olan, hazırda Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Həmin Protokolda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 16(001)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 400 manat aliment tutulub, X7 ödənilməsi göstərilmişdir, Şəxs icra sənədi üzrə tələbi təmin etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X9 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 16(001)- 302/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq X7 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2024cü il tarixdə Füzuli rayon İcra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş, sonradan, yəni xx.xx.2024-cü il tarixdə icra sənədi aidiyyəti üzrə Beyləqan rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində belə bir icra sənədinin olmasından icra məmuru tərəfindən Beyləqan rayon İcra və probasiya şöbəsinə çağırıldıqdan və icra məmuru tərəfindən ona alimenti ödəməsi barədə xəbərdarlıq təqdim edildikdən sonra isə icra sənədi üzrə alimentdən 490 manat ödəmişdir. Hal-hazırki icra sənədi üzrə aliment müvəqqəti, yəni tələbkar ilə onun arasında olan mülki iş yekunlaşanadək tutulan alimentdir. Həmin mülki iş üzrə yekun məhkəmə qətnaməsi xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və ondan həmin qətnamə üzrə hər ay hər uşağa görə 150 manat miqdarında aliment tutulmuşdur. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 16(001)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı X6 “müvəqqəti təminat tədbiri” barədə ərizəsi qismən təmin edilərək, Şəxs xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq X7 ödənilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 16(001)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qəbzinin surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 490 manat ödənişi X6 adına köçürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-3479/2024 saylı qətnaməsindən görünür ki, X1 xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq alınaraq X7 verilməlidir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 16(001)- 302/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 16(001)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış, bundan icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs aliment ödənişlərini etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra məmuru tərəfindən icra sənədi üzrə tələbin könüllü icra edilməsi barədə xəbərdarlıq edilikdən sonra 490 manat məbləğində ödəniş edilmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, maddi imkanı çatdığı həddə ödəniş etmiş və icra sənədinin icrası ilə bağlı hər hansı bir hərəkətsizlik göstərməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Hal-hazırkı icra sənədi də müvəqqəti alimentin tutulması ilə bağlıdır və uşaqlar üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-3479/2024 saylı qətnaməsi ilə aliment tutulmuş və elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, həmin icra sənədi Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Bu isə onu deməyə əsas verir ki, Binəqədi Rayon Məhkəməsinin 16(001)-302/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə alimentin tutulması 07 noyabr 2024-cü il tarixdən dayandırılmalı idi. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar