Məhkəmə qərarları › İş №3(020)-876/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-876/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-876/2023 25.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində yerləşən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-4978/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsin ünvanına məhkəmə bildirişi göndərilmiş iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəsndəsi tərəfindən qəbul edilmişdir. Lakin həmin MMC işə baxılması ilə əlaqədar olaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Hüquqi şəxsin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsini nəzərə alıb hüquqi şəxsin və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində yerləşən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2- 4978/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan 18 avqust 2023-cü il tarixli poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə 2022-ci ilə dair emitetin illik hesabatı barədə 5 (beş) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə dair hüquqi şəxsin ünvanına sorğu verilmiş, sorğu xx.xx.2023-cü il tarixdə mərkəzin direktoru tərəfindən şəxsən alınmışdır. Lakin hüquqi şəxs qanunla müəyyən edilmiş müddət ərzində sorğuya cavab verməmişdir. Beləliklə də Şəxs ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-4978/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka məlumat vermədiyi sübuta yetirildiyindən Şəxs Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsində deyilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, inzibati xəta əməlini törətmiş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinə xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar