Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-878/2023 04.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1989-cU ildə Beyləqan rayonu Gödəklər kəndində anadan olmuş, işsiz, orta təhsilli, ailəli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Gödəklər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 sentyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Hacıqabul-Bəhrəmtəpə-Horadiz yolunun 120-ci kilometrliyinin Beyləqan rayonunun Gödəklər kəndindən keçən hissəsində kənd camaatına məxsus iri buynuzlu heyvanları mal naxırından gətirən zaman bir ədəd iribuynuzlu heyvan magistral yola çıxmış və həmin heyvan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Transit” yük markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyərək avtomobilin əzilməsinə səbəb olmuş, yəni avtomobilin sahibinə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, Beyləqan rayonu Gödəklər kəndində qeydiyyatda olmaqla yaşayır, heç bir yerdə işləmir, kənd camaatının mallarını naxıra apararaq qazanc əldə edərək ailə-uşağını saxlayır. 29 sentyabr 2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs1 məxs dörd baş iribuynuzlu heyvanı naxırçı kimi örüş otlaq sahəsinə aparmış, həmin gün naxırı otlaq sahəsindən gətirən zaman heyvanlardan bir başı diqqətindən yayınaraq otlaq sahəsində qalmışdır. Malın otlaq sahəsində qalmasından sonradan malın yiyəsi Zərərçəkmiş şəxs1 ona zəng edib bildirəndən sonra xəbərdar olmuşdur. Həmin vaxt saat 19:00 radələrində Ramil ona zəng etmiş, saat təxminən 19:30 radələrində sahədə qalmış bir baş malı gətirməyə gedən zaman qonşusu Ağabala ona zəng edərək həmin bir baş malı Hacıqabul-Bəhrəmtəpə-Horadiz yolunun 120-ci kilometrliyinin Beyləqan rayonunun Gödəklər kəndindən keçən hissəsində “Ford Transit” markalı avtomobilin vuraraq oldürdüyünü bildirmişdir. Bundan sonra hadisə yerinə getmiş, bir baş inəyin ölmüş vəziyyətdə yolun kənarında olduğunu, “Ford Transit” markalı avtomobil isə hadisə yerində olmamışdır. Bundan sonra rayon PŞ-nin əməkdaşları kəndə gələrək hadisə ilə bağlı araşdırma aparmış, avtomobilin şəkilləri hadisə yerində deyil, kəndin mərkəzində yerləşən kafenin qarşısında çəkilmişdir. Bildirdi ki, hadisə zamanı başqa xəsarət alan olmamışdır. Avtomobilə maddi zərər dəymişdir. Həmin zərəri ödəməmişdir. Barəsində qanuni qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahat verərək göstərdi ki, qohumu X1 məxsus “Ford Transit” markalı, **-BX-*** d/q nömrə nişanlı avtomobili bir il yarımdan artıq müddətdir ki, Natiq Əsgərovun icazəsi ilə idarə edir. 29 sentyabr 2023-cü il tarixdə, 19:30 radələrində idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə Hacıqabul-Bəhrəmtəpə- Horadiz yolunun 120-ci kilometrliyinin Beyləqan rayonunun Gödəklər kəndindən keçən hissəsində 60 km/saat sürətlə hərəkət edərkən yaxın məsafədə bir baş iribuynuzlu heyvanın yolun ortasında olduğunu görmüşdür. Yolda olan bir baş malı vurmamaq üçün əyləci bassada məsafə yaxın olduğundan qəzanın qarşısnı ala bilməmiş, nəticədə idarə etdiyi avtomobillə həmin heyvanı vuraraq öldürmüşdür. Hadisə zamanı avtomobillə hərəkət edərək avtomobili kənd mərkəzində yerləşən kafenin qarşısında saxlamışdır. Hadisə zamanı xəsarət alan olmamış, heyvan təxmini 30-40 metr məsafədə qarşısına çıxdığından qəzadan yayına bilməmişdir. Sonradan həmin heyvanın həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Avtomaşınına dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 sentyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Hacıqabul-Bəhrəmtəpə-Horadiz yolunun 120-ci kilometrliyinin Beyləqan rayonunun Gödəklər kəndindən keçən hissəsində kənd camaatına məxsus iri buynuzlu heyvanları mal naxırından gətirən zaman bir ədəd iribuynuzlu heyvan magistral yola çıxmış və həmin heyvan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Transit” yük markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyərək avtomobilin əzilməsinə səbəb olmuş, yəni avtomobilin sahibinə maddi zərər dəymişdir. Qəza zamanı Zərərçəkmiş şəxs2 idarə etdiui avtomobilə maddi zərər dəyməsi onun özünün izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə olunmuş Beyləqan rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 622 saylı İnsan psixikasına təsir edən maddələrin İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinədən məlum olur ki, Zərərçəkmiş şəxs2 avtomobili idarə edən zaman sərxoş vəziyyətdə olmamışdır. İşdə olan "xxxx" MMC-nin yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 01 oktyabr 2023-cü il tarixli, AA-050 saylı ziyan aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 idarə etdiyi, X1 məxsus olan “Ford Transit” yük markalı **-BX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 2084 (iki min səksən dörd) manat dəyərində ziyan dəyməsi müəyyən olunmuşdur. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilməlidir. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri ödəməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərlə bağlı məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-878/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-878/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver