Məhkəmə qərarları › İş №3(020)-880/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-880/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-880/2025 27.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi Səfərоv Səbuhi Əlifаğа oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Beyləqan Vəkil Bürosunun vəkili X3, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Beyləqan rayonu, Eyvazalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Beyləqan RİP) daxil olmuş 23 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-623/2022 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" Firmasından ƏDV daxil 11800 manat məbləğində əsas borc, 1000 manat məbləğində faiz borcu, 200 manat məbləğində hüquqi yardım xərci olmaqla, ümumilikdə 13200 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs icra sənədi üzrə borcundan 8200 manat qalıq borcu qalmışdır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, o, borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün barəsində protokol tərtib olunmuşdur. Lakin, məhkəmə prosesinin gedişatı dösvründə o, qeyd olunan məbləğin 4000 manatını ödəmişdir. Bu faktın nəzərə alınaraq, onun barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs izahat verərək bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-623/2022 saylı icra sənədinə əsasən ona məxsus olan cavabdeh "xxxx" Firmasından ƏDV daxil 11800 manat məbləğində əsas borc, 1000 manat məbləğində faiz borcu, 200 manat məbləğində hüquqi yardım xərci olmaqla, ümumilikdə 13200 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. O, icra sənədi üzrə müxtəlif vaxtlarda ödəniş etmişdir. Hazırda məhkəmə prosesinin gedişatı dövründə 4000 manat ödəniş etmiş və qalan məbləği qısa müddət ərzində hissə-hissə ödəyəcəkdir. O, heç vaxt borcunu ödəməkdən qəsdən yayınmamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Şirvan Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-623/2022 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" Firmasından ƏDV daxil 11800 manat məbləğində əsas borc, 1000 manat məbləğində faiz borcu, 200 manat məbləğində hüquqi yardım xərci olmaqla, ümumilikdə 13200 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-623/2022 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və cavabdeh "xxxx" Firmasına tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e- 2-2(121)-623/2022 saylı icra sənədi üzrə yaranmış 8200 manat borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbzin surətindən görünür ki, Şəxs 27 oktyabr 2025-ci il tarixdə 4000 manatı qəbzlə icra ödənişi etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Şirvan Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-623/2022 saylı icra sənədi üzrə Şəxs yaranmış borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs icra sənədi üzrə borcundan ödəniş etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, Şəxs icra sənədi üzrə borcundan sonuncu dəfə 27 oktyabr 2025-ci il tarixdə 4000 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, imkanı olduğu qədər ödənişlər etmişdir. Sonuncu dəfə isə 27 oktyabr 2025-ci il tarixdə 4000 manat məbləğində ödəniş etmişdir. Borclu Şəxs icra sənədi üzrə olan borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi Şəxs icra sənədində göstərilmiş pul məbləğini tələbkara ödəməməsi üzrsüz səbəbdən baş verməmişdir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan RespublikasıİXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bеyləqаn Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərоv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar