Məhkəmə qərarları › İş №3(020)-887/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-887/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-887/2023 30.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ünvanında yerləşən "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ünvanında yerləşən "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-*-26/2-4977/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsin ünvanına məhkəmə bildirişi göndərilmiş, iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub "xxxx" ASC-nin direktoru tərəfindən qəbul edilmiş, "xxxx" ASCnin direktoru məhkəməyə teleqrama göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı işə baxılması ilə əlaqədar olaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Hüquqi şəxsin nümayəndəsi səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin **2.*.4-cü maddəsini nəzərə alıb hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ünvanında yerləşən "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-*-26/2-4977/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan 28 avqust 2023-cü il tarixli poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə 2022-ci ilə dair emitetin illik hesabatı barədə 5 (beş) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə dair hüquqi şəxsin ünvanına sorğu verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsinin arayışından görünür ki, "xxxx" ASC-nin direktoru X* xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəssisənin fəaliyyəti xx.xx.2023-cü il tarixdən 0*.09.2043-cü il tarixədək dayandırılması təmin edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin direktoru Məhəmmədəli Salahov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsinə ərizə ilə müraciət edərək direktoru olduğu müəssisənin fəaliyyətinin dayandırılmasını xahiş etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsi tərəfindən müəssisənin fəaliyyəti xx.xx.2023-cü il tarixdən 0*.09.2043cü il tarixədək dayandırılmış, lakin "xxxx" ASC-nin direktoru Məhəmmədəli Salahov səhhəti ilə əlaqədar olaraq xəstəxanada mualicə aldığından Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6-*-26/2-4977/2023 saylı məktubuna vaxtında cavab verə bilməmişdir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" ASC-nin direktoru X* məhkəməyə təqdim etdiyi sənədləri və iş materiallarını nəzərdən keçirib "xxxx" ASC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6-*-26/2-4977/2023 saylı məktubuna hüquqi şəxsin fəaliyyəti haqqında məlumatı beş iş günü müddətində göndərməli olduğu halda, xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən Azərbaycan Respublikası Mərkəzi Bankına fəaliyyət göstərməməsi barədə gec məlumat verdiyi məlum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin fəaliyyəti 3*.08.20*3-cü il tarixdən 3*.08.2023-cü il tarixədək, 0*.09.20*8-ci il tarixdən, 0*.09.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən 0*.09.2043-cü il tarixədək dayanadırılmışdır. Bu barədə 8 saylı Ərazi vergilər İdarəsinin məlumatları iş materiallarına əlavə edilmişdir. Bununla da məlum olmuşdur ki, "xxxx" ASC 20*3-cü ildən heç bir fəaliyyət göstərməmişdir. Belə olan halda onun fəaliyyəti ilə bağlı məlumat verməsi də mümkün olmamışdır. Ona görə də "xxxx" ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.*.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin **2, **4, **5, **7, *28- *30-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: "xxxx" ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar