Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-888/2023 30.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, “X3” ASC-nin sədri X* iştirakı ilə, Beyləqan rayonu Örənqala qəsəbəsi ünvanında yerləşən “X3” ASC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Beyləqan rayonu, Örənqala qəsəbəsi ünvanında yerləşən “X3” ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-*-26/2-4982/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanına məhkəmə bildirişi göndərilmiş, iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən qəbul edilmiş, lakin Azərbaycan Respublikası Mərkəzi Bankı işə baxılması ilə əlaqədar olaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin **2.*.4-cü maddəsini nəzərə alıb Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. “X3” ASC-nin sədri X2 müəssisəsinin heç bir günahı olmadığını bildirdi və izahat verərək göstərdi ki, sədri olduğu müəssisə uzun illərdir fəaliyyətini dayandırmış və müəssisədə olan avadanlıqlar və əmlak uzun illər baxımsız qalaraq yararsız vəziyyətə düşmüşdür. Müəssisənin fəaliyyətinin dayandırlması barədə lazımı dövlət orqanlarına qanunla müəyyən olunmuş qayadada vaxtında məlumat verilmiş, həmçinin müəssisənin vergi ödəyicisi olaraq fəaliyyətinin dayandırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidmətinin 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsinə bir neçə dəfə ərizə ilə müraciət etmiş, müəssisənin fəaliyyəti *8.09.20*2-ci il tarixdən *3.09.20*7-ci il tarixədək, *4.09.20*7-ci il tarixdən *4.09.2022-ci il tarixədək, 20 oktyabr 2023-cü il tarixdən 20.*0.2028-ci il tarixədək dayandırmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X3” ASC-yə 2022-ci ilə dair emitetin illik hesabatı barədə 5 (beş) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə dair sorğu məktubu göndərilmiş, həmin sorğuya cavab verərək müəssisəsinin fəaliyyət göstərmədiyini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və “X3” ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayonu, Örənqala qəsəbəsi ünvanında yerləşən “X3” ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-*-26/2- 4982/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan *8 avqust 2023-cü il tarixli poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X3” ASC-yə 2022-ci ilə dair emitetin illik hesabatı barədə 5 (beş) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə dair hüquqi şəxsin ünvanına sorğu verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidmətinin 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsinin 23 oktyabr 2023-cü il tarixli, 2308*200*4909*00 saylı məktubundan görünür ki, “X3” ASC-nin sədri X* ərizəsinə əsasən müəssisənin fəaliyyəti *8.09.20*2-ci il tarixdən *3.09.20*7-ci il tarixədək, *4.09.20*7-ci il tarixdən *4.09.2022-ci il tarixədək, 20.*0.2023-cü il tarixdən 20.*0.2028-ci il tarixədək dayandırılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, “X3” ASC-nin sədri Vaqif Salmanov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidmətinin 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsinə ərizə ilə müraciət edərək sədri olduğu müəssisənin fəaliyyətinin dayandırılmasını xahiş etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidmətinin 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsi tərəfindən müəssisənin fəaliyyəti 20.*0.2023-cü il tarixdən 20.*0.2028-ci il tarixədək dayandırılmış, “X3” ASC-nin sədri Vaqif Salmanov tərəfindən **.*0.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6- *-26/2-4982/2023 saylı məktubuna cavab verilmişdir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “X3” ASC-nin sədri X* məhkəməyə təqdim etdiyi sənədləri və iş materiallarını nəzərdən keçirib “X3” ASC-nin sədri tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6-*-26/2-4982/2023 saylı məktubuna hüquqi şəxsin fəaliyyəti haqqında məlumatı beş iş günü müddətində göndərməli olduğu halda, Azərbaycan Respublikası Mərkəzi Bankına fəaliyyət göstərməməsi barədə gec məlumat verdiyi məlum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, “X3” ASC-nin fəaliyyəti *8.09.20*2ci il tarixdən *3.09.20*7-ci il tarixədək, *4.09.20*7-ci il tarixdən *4.09.2022-ci il tarixədək, 20.*0.2023-cü il tarixdən 20.*0.2028-ci il tarixədək dayanadırılmışdır. Bu barədə 8 saylı Ərazi vergilər İdarəsinin məlumatları iş materiallarına əlavə edilmişdir. Bununla da məlum olmuşdur ki, “X3” ASC 20*2-ci ildən heç bir fəaliyyət göstərməmişdir. Belə olan halda onun fəaliyyəti ilə bağlı məlumat verməsi də mümkün olmamışdır. Ona görə də “X3” ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.*.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin **2, **4, **5, **7, *28- *30-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: “X3” ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-888/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-888/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver