Məhkəmə qərarları › İş №3(020)-889/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-889/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-889/2023 23.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Beyləqan rayonu Mil qəsəbəsi ünvanında yerləşən Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Beyləqan rayonu, Mil qəsəbəsi ünvanında yerləşən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2023cü il tarixli, 6-1-26/2-4985/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanına məhkəmə bildirişi göndərilmiş, iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən qəbul edilmiş, lakin Azərbaycan Respublikası Mərkəzi Bankı işə baxılması ilə əlaqədar olaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsini nəzərə alıb Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 nümayəndəsi olduğu müəssisəsinin heç bir günahının olmadığını bildirdi və izahat verərək göstərdi ki, nümayəndəsi olduğu müəssisə uzun illərdir fəaliyyət göstərir və hər il müəssisənin fəaliyyəti barədə lazımı dövlət orqanlarına qanunla müəyyən olunmuş qayadada vaxtında məlumat verilir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə 2022-ci ilə dair emitetin illik hesabatı barədə 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə dair sorğu məktubu göndərilmiş, həmin sorğu müəssisəyə daxil olduqdan sonra iş yükünün çoxluğu ilə əlaqəadr olaraq üzürlü səbəbdən qanunla müəyyən olunmuş müddətdən bir neçə gün sonra cavab verilərək müəssisəsinin fəaliyyəti barədə lazımı sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. Göstərilənlərin nəzərə alınmasını və Şəxs ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayonu, Mil qəsəbəsi ünvanında yerləşən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-4985/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan 27 avqust 2023-cü il tarixli poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə 2022-ci ilə dair emitetin illik hesabatı barədə 5 (beş) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə dair hüquqi şəxsin ünvanına sorğu verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6-1-26/2-4985/2023 saylı məktubu Şəxs ASC-nin hüquqi ünvanına xx.xx.2023-cü il tarixdə daxil olmuş, müəssisənin sədri Şahin Aslanov tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının sözügedən sorğusuna üzürlü səbələrdən 5 iş günü müddətindən bir neçə gün gec, yəni xx.xx.2023-cü il tarixdə rəsmi olaraq cavab verilmiş və lazımı sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmişdir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi sənədləri və iş materiallarını nəzərdən keçirib Şəxs ASC-nin sədri tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6-1-26/2-4985/2023 saylı məktubuna hüquqi şəxsin fəaliyyəti haqqında məlumatı beş iş günü müddətində göndərməli olduğu halda, Azərbaycan Respublikası Mərkəzi Bankına müəssisənin fəaliyyəti barədə xx.xx.2023-cü il tarixdə məlumat verdiyi məlum olmuşdur. Lakin Şəxs ASC-nin uzun illərdir fəaliyyəti barədə hər il vaxtı-vaxtında Azərbaycan Respublikası Mərkəzi Bankına və digər lazımı dövlət orqanlarına məlumat verməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının sözgüdən məktubuna isə müəssisədə iş yükünün çoxluğu ilə əlaqədar üzürlü səbəbdən bir neçə gün gec cavab vermişdir. Ona görə də Şəxs ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar