Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-889/2025 29.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X5 Sistemlərinin İstismarı İdarəsində ekskavatorçu vəzifəsində işləyən, Beyləqan rayonu, İ Şahsevən kəndində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X7 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 oktyabr 2025-ci il tarixdə, saat 18:00 radələrində Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində alkoqol sərxoşluğu vəziyətində idarə etdiyi “New Holland” markalı, **- AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktorla hərəkətdə olan zaman idare etməni itirərək qarşıdan gələn **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobili ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobilinə zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin YNH-i üzrə inspektoru polis kapitanı X2 tərtib etdiyi inzibati protokolu müdafiə edərək göstərdi ki, Şəxs 24 oktyabr 2025-ci il tarixdə, saat 18:00 radələrində Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində alkoqol sərxoşluğu vəziyətində idarə etdiyi “New Holland” markalı, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktorla hərəkətdə olan zaman idare etməni itirərək qarşıdan gələn **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobili ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobilinə zərər dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclas zalında özünü təqsirli bilərək, izahat verərək göstərmişdir ki, o,həmin gün traktoru qaraja aparıb təhvil verməli idi. O, 24 oktyabr 2025-ci il tarixdə, saat 18:00 radələrində Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində alkoqol sərxoşluğu vəziyətində idarə etdiyi “New Holland” markalı, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktorla hərəkətdə olan zaman idarə etməni itirərək qarşıdan gələn **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobili ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobilinə zərər dəymişdir. Hadisədən əvvəl bir bakal pivə içmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, etibarnamə ilə **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobilini qardaşına sürmək üçün vermişdir. Şəxs 24 oktyabr 2025-ci il tarixdə, saat 18:00 radələrində Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində alkoqol sərxoşluğu vəziyətində idarə etdiyi “New Holland” markalı, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktorla hərəkətdə olan zaman idarə etməni itirərək qarşıdan gələn generalnı etibarnamə ilə ona məxsus olan **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobili ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı onun yük avtomobilinə ziyan akına əsasən 8460 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 20 avqust 2025-ci il tarixli Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair Etibarnamədən görünür ki, X3 mülkiyyətində olan “Mercedes Benz ATEGO 818L YÜK” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda etibar etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq hüquqları Zərərçəkmiş şəxs etibar edilmişdir. Beyləqan rayon Mərkəzi xəstəxanasının xx.xx.2025-ci il tarixli, 1196 saylı İnsan psixikasına təsir edən maddələrin İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi protokoldan məlum olur ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. “Sərxan” avtomotoservis və ticarəti firmasının 27 oktyabr 2025-ci il tarixli, 156 nömrəli yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avomobilə dəymiş zərərin ümumi məbləği 8460.00 (səkkiz min dörd yüz altmış) manat olaraq qiymətləndirilmişdir. Şəxs 24 oktyabr 2025-ci il tarixdə, saat 18:00 radələrində Beyləqan rayonu Milabad qəsəbəsi ərazisində alkoqol sərxoşluğu vəziyətində idarə etdiyi “New Holland” markalı, **- AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktorla hərəkətdə olan zaman idare etməni itirərək qarşıdan gələn **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobili ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı **-HB-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz” Atego yük avtomobilinə zərər yetirməsi onun özünün izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 333.3-cü maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi onun yaşını müəyyən etmiş, lakin məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində inzibati xətanın əlaməti kimi xətanın sərxoş halda törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini, nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-889/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-889/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver