Məhkəmə qərarları › İş №3(020)-895/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-895/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-895/2023 11.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Beyləqan rayonunda doğulmuş, ailəli, dörd uşaq atası, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, M.Müşfiq küçəsi ev 15də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-535/2021 saylı, 19 aprel 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 45.100 (qırx beş min bir yüz) ABŞ dolları məbləğində pul və ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu alınıb X3 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-535/2021 saylı, 19 aprel 2021-ci il tarixli icra sənədinə əsasən ondan 45.100 (qırx beş min bir yüz) ABŞ dolları məbləğində pul və ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu alınıb X3 verilməlidir. Maddi imkanı zəif olduğundan icra sənədi üzrə borcundan tələbkara heç bir ödəniş edə bilməmiş, ona görə də icra sənədi üzrə borcu hal-hazıradək ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış, icra məmurunun çağırışına gəlmiş və icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün və ailəsinn dolanışığına sərf edir. Ona görə də icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Hazırda icra sənədi üzrə borcunu tam olaraq ödəyə bilmir. Ona vaxt verilərsə icra sənədi üzrə borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-535/2021 saylı, 19 aprel 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 45.100 (qırx beş min bir yüz) ABŞ dolları məbləğində pul və ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu alınıb X3 verilməlidir. Borclu Şəxs barəsində icra sənədi üzrə icra tədbirləri görülməsinə baxmayaraq borcundan bu günədək heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuş, lakin Şəxs icra sənədi üzrə borcunu ödəmək üçün maddi imkanının olmadığını,ona vaxt verilərsə icra sənədi üzrə borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-535/2021 saylı, 19 aprel 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 45.100 (qırx beş min bir yüz) ABŞ dolları məbləğində pul və ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu alınıb X3 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 oktyabr 2023-cü il tarixdən, saat 17:23-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar